Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Dağlıq Qarabağ AŞPA-da müzakirə edildi

Avropa Şurası ölkələri arasında münaqişələr üzrə AŞPA-nın Alt Komitəsi Afinada həlli uzanan münaqişələrin nizamlanması məsələsini müzakirə edib.

Mynews.az Report-a istinadən xəbər verir ki, Yunanıstan parlamentində keçirilən görüşdə Dağlıq Qarabağ və Dnestryanı münaqişələrlə bağlı vəziyyət, eləcə də, Ukraynanın şərqindəki münaqişə müzakirə olunub.

İclas çərçivəsində Alt Komitənin sədri Ştefan Şennak ATƏT-in münaqişələr üzrə üç nümayəndəsi - bu il ATƏT-ə sədrlik edən Almaniyanın Xarici İşlər Nazirliyinin Ermənistan və Azərbaycan üzrə məsul nümayəndəsi Klaus Keller, ATƏT-in Ukrayna üzrə xüsusi nümayəndəsi Martin Saydik və ATƏT-in Dnestryanı münaqişə üzrə xüsusi nümayəndəsi Ditrix Haym ilə görüşüb.

Xatırladaq ki, Avropa Şurası Parlament Assambleyasının (AŞPA) deputatı Ştefan Şennak bu ilin mart ayında AŞPA-nın münaqişələr üzrə yeni alt komitəsinin sədri seçilib. Ş.Şennak həm də AŞPA-nın Monitorinq Komitəsinin həmməruzəçisidir.

 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...