Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

ABŞ səfiri: Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsi üçün səy göstəririk

"ABŞ Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunması fikrinə sadiqdir".

Mynews.az Report-a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta təmas xəttində minalardan təmizləmə işlərinin həyata keçirilməsinin mümkünlüyü barədə danışarkən deyib.

"ATƏT-in Minsk qrupunun həmsədrləri tezliklə regiona səfər edəcəklər. Biz münaqişə tərəflərinin onu sülh yolu ilə həll etməsi üçün səy göstərməyə çalışırıq", - R.Sekuta bildirib.

Xatırladaq ki, daha əvvəl ATƏT-in Minsk qrupunun həmsədrləri birgə bəyanatlarında oktyabrın əvvəlində regiona səfər etməyi planlaşdırdıqlarını bəyan ediblər.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...