Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Cocuq Mərcanlıda 78 ədəd qəlpə aşkarlandı - Agentlik məlumat yaydı

Azərbaycan Respublikası Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində aparılan təmizləmə əməliyyatları barədə məlumat yayıb.
 
 
Agentlikdən verilən məlumata görə, Cocuq Mərcanlı kəndi gün ərzində kəndə çəkilməsi nəzərdə tutulan avtomobil yolunun 3 000 kv.m ərazisi yoxlanılıb, 78 ədəd qəlpə aşkarlanıb, mina və partlamamış hərbi sursata rast gəlinməyib.
 
 
15 gün ərzində Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində 23 evə, yeni avtomobil yolunun keçəcəyi əraziyə baxış keçirilib, 5 ədəd partlamamış hərbi sursat (3 ədəd 82 mm-lik minaatan mərmisi (OF-832) və 2 ədəd 120 mm-lik minaatan mərmisi (OF-843)) aşkar olunaraq zərərsizləşdirilib, 105 266 kv.m ərazi (42 766 kv.m ərazi əl ilə və 62 500 kv.m ərazi mexaniki üsulla) yoxlanılıb.
 
Ərazinin mina və partlamamış hərbi sursatlardan təmizlənməsi əməliyyatı davam etdirilir.
 

 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...