Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

"Azərbaycan elə bir vəziyyətdədir ki, 55 yaşına qədər hər kəs silah götürməlidir" - Keçmiş MTN polkovniki

Xristian missionerlərin Azərbaycan ordusuna təsir etmək istədiyi barədə iddia səsləndirilib.

İddiada deyilir ki, missionar təşkilatlar çağırışçılar arasında təbliğat aparıb onları hərbi xidmətə getməkdən yayındırırlar, silah işlətməyin haram olduğunu onlara bildirib qadağan edirlər. Beləliklə, Azərbaycan ordusuna təsir edir, düşmənə qarşı mübarizə ruhunu zəiflədirlər.

Məsələ ilə bağlı keçmiş MTN polkovniki İlham İsmayılÖlkə.Az-a açıqlama verib:

"Xristian missioner təşkilatları xristian adı ilə olsa da, tamam başqa bir qolu - Yehova şahidləridir. Yehova şahidlərinin fəaliyyəti Azərbaycanda qadağan olunub. Əvvəllər imkan verilirdi onlara, ancaq indi bu yoxdur. Yehova şahidlərinin Azərbaycanda geniş fəaliyyət aparması mümkün deyil. Onlar çağırışçıları komissarlıqlardan əzbər bilmirlər ki, gedib onlar arasında təbliğat aparsınlar. Ola bilsin ki, gənclər arasında təbliğat aparsınlar, bu da ki, Azərbaycanda təhlükə həddinə çatmayıb. Ancaq işartısı varsa təbii ki, bunun qarşısı alınmalıdır və dərhal da alırlar.

İddia edildiyi kimi xristian missioner təşkilatlar qarşılarına məqsəd qoyub Azərbaycanda fəaliyyət aparmazlar. Onlar Azərbaycanda birinci növbədə sıralarına insanları cəlb etməyə çalşırlar. Hətta dinin dəyişməsini də təklif etmirlər, onlar fəlsəfələrinin qəbul edilməsinə çalışırlar. Bu iddiada bir konyuktura var. Xaricdən maliyyələşən QHT-lərin gözünə qatıb bu fikri səsləndirirlər. Cəmiyyətdə belə bir təsəvvür yaradırlar ki, kənardan maliyyələşən hər şey Azərbaycana zərərlidir. Təəssüf ki, belə bir tendensiya var. Bu tendensiyanın gözünə də, Azərbaycan üçün ən təhlükəsiz olan, xüsusi bir təhlükə yaratmayan bir məsələni qabartmağa xüsusi ehtiyac yoxdur.

Bu təhlükə heç zaman hiss olunmayıb, heç bunun işartıları yoxdur. Tək-tək hallarda belə şeylər ola bilər. Zamanında onları Rusiyanın ərazisindən qovub çıxardıblar. Dünyada ən çox silahlanan xristianlardır, atom bombasına qədər varlarıdır. Azərbaycan elə bir vəziyyətdədir ki, 55 yaşına qədər hər kəs silah götürməlidir və vətənini qorumalıdır".

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...