Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Azərbaycan XİN-dən İraq Kürdüstanında keçirilən referenduma MÜASİBƏT

Azərbaycan İraqın ərazi bütövlüyü və suverenliyini tam şəkildə dəstəkləyir.

Mynews.az xəbər verir ki, bunu İraqın Kürdüstan regional vilayətində keçirilmiş referendum və bu xüsusda İraqda hadisələrin inkişafı ilə əlaqədar Trend-in sorğusuna cavab olaraq Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.   H.Hacıyev qeyd edib ki, Azərbaycan İraqın ərazi bütövlüyü və suverenliyini tanıyır və tam şəkildə dəstəkləyir:   "Azərbaycan İraq Respublikasının mərkəzi hakimiyyəti və İraqın Kürdüstan regional vilayəti ilə məsələlərin sülh yolu ilə qarşılıqlı anlaşma və dialoq şəraitində İraqın ərazi bütövlüyü və suverenliyi çərçivəsində həllinin tərəfdarıdır".
Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...