İlham Əliyev: Sərbəst güləşçilərimiz yeni tarix yazdı
Xəbər verildiyi kimi, sentyabrın 29-da Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin 25 illik yubileyinə həsr olunmuş təntənəli tədbir keçirilib. Tədbirdə dövlət başçısı, Milli Olimpiya Komitəsinin prezidenti cənab İlham Əliyev də iştirak edib.
Mynews.az Ölkə.Az-a istinadən xəbər verir ki, yubiley tədbiri zamanı dövlətimizin başçısı sərbəst güləş üzrə Azərbaycan milli komandanın baş məşqçisi Firdovsi Umudovla və üçqat dünya çempionu Hacı Əliyevlə də görüşüb.
Prezident İlham Əliyev baş məşqçini və güləşçimizi son dünya çempionatında qazanılan uğur münasibətilə təbrik edib.
Dövlət başçısı vurğulayıb ki, Azərbaycan güləşçiləri Fransanın paytaxtı Parisdə təşkil olunan yarışda ölkəmizin idman şərəfini layiqincə qoruyub, Hacı Əliyev müstəqil Azərbaycanın güləş tarixində ilk dəfə olaraq 3-cü dəfə dünya çempionu olub.
Ölkə başçısı milli komandanın baş məşqçisi Firdovsi Umudova pəhləvanlarımızın çıxışlarını hər zaman diqqətdə saxladığını bildirib və bundan sonra da onlardan yaxşı nəticələr gözlədiyini deyib.
Diqqət və qayğıya görə dövlət başçısına minnətdarlığını bildirən Firdovsi Umudov Azərbaycanın idman şərəfəni hər zaman yüksəkdə tutacaqlarını və onlara bəslənilən etimadı bundan sonra da doğrultmağa çalışacaqlarını deyib.
Siyasət
- Fransa Azərbaycandakı səfirini geri çağırıb
- İlham Əliyev 92,12 faiz səslə seçkilərdə liderdir
- "Biz haqq yolunda hər zaman bir-birimizin yanındayıq və yanında olacağıq"
- İlham Əliyev 2022-ci il dövlət büdcəsinin icrası ilə bağlı qanunu təsdiqlədi
- Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə liderinə məktub ünvanlayıb
- Türkiyədə seçki qutularının 97 faizi açılıb - Ərdoğan liderdir - YENİLƏNİR
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- ANS-in keçmiş aparıcısı həmcinsi ilə nişanlandı - FOTO 972 dəfə oxunub
- İmtahanda yüksək bal toplayan Mələkxanım bu tanınmış şəxsin qızı imiş 940 dəfə oxunub
- Nar-dan xüsusi təklif: 10%-dək endirimlə smartfon! 930 dəfə oxunub
- Aytən Səfərova ağır qəzaya düşdü 929 dəfə oxunub
- Fransa Azərbaycandakı səfirini geri çağırıb 927 dəfə oxunub