Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Sarkisyan Qarabağda müharibənin başlayacağı tarixi açıqladı - “Çoxsaylı insan tələfatı ilə üzləşəcəyik, çətin olacaq”

Ermənistanda aprel ayında keçiriləcək parlament seçkiləri yaxınlaşdıqca, ölkənin prezidenti Serj Sarkisyan demək olar ki, həftədə iki-üç dəfə Qarabağda vəziyyətin gərginləşəcəyi barədə bəyanat verir.

Aprel ayı Sarkisyanın son baharı olacaq

 İstiPress-in məlumatına görə, S.Sarkisyan ötən gün də bəyan edib ki, guya Azərbaycan ordusu seçkilər zamanı hücuma keçəcək.

Sarkisyanın bu bəyanatının nəyə hesablandığı məlumdur. Hətta uzun müddət müdafiə naziri vəzifəsində çalışmış, Sarkisyanın yaxın adamlarından olan Seyran Ohanyan da ona qarşı çıxaraq yeni blok yaradıb və parlament seçkilərində iştirak edəcək.

Ohanyan iki gün əvvəl bəyan etdi ki, xalqın əksəriyyəti kimi o da S.Sarkisyana qarşı mübarizə aparacaq.

Bundan başqa, aprel ayında keçiriləcək parlament seçkilərinə “Çiçəklənən Ermənistan” partiyasının lideri Qaqik Tsarukyanın qatılmaq istəyi S.Sarkisyanı ciddi şəkildə narahat etməyə başlayıb. Çünki “Tsarukyan” bloku onun üçün əməlli-başlı baş ağrısı olub. Ötən gün Q.Tsarukyan seçkilərdə qalib gələcəyi halda atacağı 15 prioritet addımı açıqlayıb.

Serj Sarkisyan

 

Serj Sarkisyan

Ermənistan KİV-iI də aprel ayının Sarkisyanın son baharı olacağını yazır. “168 jam” qəzeti qeyd edir ki, baş nazir Ovik Abramyanın istefası  tezliklə Sarkisyanın komandasının dağılacağının işarəsidir.

“Jamanak” erməni qəzetinin versiyasına görə, bu yaxınlarda yaxın Respublika partiyasının “açar” fiqurları istefa verəcək.

 

Ermənistanın ölümlə bitəcək seçkisi

Eyni zamanda qeyd olunur ki, Ermənistan prezidenti Serj Sarkisyan seçkiqabağı kartlarını açmağa tələsmədikcə, hakim Respublika partiyasında səssiz etirazlar çoxalmağa başlayıb. Onlar bundan narahatdırlar ki, S.Sarkisyan seçkilərdə birinciliyi əldən verəcək. Ölkədə Rusiya meylli qüvvələr Qərb meylli güclərlə birləşdirməyə, antirusiyalılar isə antiamerikalı bloklarla əməkdaşlıq etməyə başlayıblar.

Ölkədə bu cür xaos hökm sürərkən Sarkisyan xalqı qorxutmaq üçün yenidən Qarabağ kartından istifadə edir. O, ölkədə vəziyyət hər dəfə gərginləşəndə Qarabağ müharibəsi amili ortaya atır. Guya o xalqı başa salmağa çalışır ki, seçkilərdə məğlub olsa Qarabağda genişmiqyaslı müharibə başlayacaq.

“Azərbaycan tərəfi bəyan edib ki, Qarabağ münaqişəsi onların daxili işidir. Vəziyyət gərginləşəcək, çoxsaylı insan tələfatı ilə üzləşəcəyik, çətin olacaq”, – Sarkisyan bildirib.

 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...