Baş nazir deputatların sorğularına 15 gün ərzində cavab verməli olacaq - RƏSMİ
Azərbaycan Milli Məclisinin deputatlarından baş nazirin və ya onun müavinlərinin ünvanına daxil olmuş sorğulara cavab layihələri Nazirlər Kabinetinin Aparatı tərəfindən 15 gündən gec olmayaraq hazırlanacaq.
Mynews.az Report-a istinadən xəbər verir ki, bu, prezident İlham Əliyevinfərmanı ilə təsdiq edilən “Azərbaycan Respublikası Nazirlər Kabinetinin iş qaydası”nda əksini tapıb.
Sənədə əsasən, Nazirlər Kabinetinin digər üzvlərinə daxil olmuş sorğulara cavablar aidiyyəti mərkəzi icra hakimiyyəti orqanı tərəfindən hazırlanmalıdır. Sorğulara cavab vermək üçün baş nazir və ya onun tapşırığı ilə Nazirlər Kabinetinin digər üzvləri Milli Məclisin iclaslarında iştirak edirlər.
Milli Məclis Nazirlər Kabinetinə onun səlahiyyətlərinə aid edilmiş məsələlərə dair sorğu ilə müraciət etdikdə, Nazirlər Kabinetinin sorğuya cavabının layihəsi baş nazirin tapşırığı ilə aidiyyəti mərkəzi icra hakimiyyəti orqanı (orqanları) tərəfindən hazırlanır.
Milli Məclisin sorğusuna cavab Nazirlər Kabinetini təmsil edən səlahiyyətli şəxs tərəfindən, Azərbaycan Respublikası Milli Məclisinin iclasında bir aydan gec olmayaraq təqdim edilir.
Siyasət
- Fransa Azərbaycandakı səfirini geri çağırıb
- İlham Əliyev 92,12 faiz səslə seçkilərdə liderdir
- "Biz haqq yolunda hər zaman bir-birimizin yanındayıq və yanında olacağıq"
- İlham Əliyev 2022-ci il dövlət büdcəsinin icrası ilə bağlı qanunu təsdiqlədi
- Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə liderinə məktub ünvanlayıb
- Türkiyədə seçki qutularının 97 faizi açılıb - Ərdoğan liderdir - YENİLƏNİR
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- ANS-in keçmiş aparıcısı həmcinsi ilə nişanlandı - FOTO 952 dəfə oxunub
- İmtahanda yüksək bal toplayan Mələkxanım bu tanınmış şəxsin qızı imiş 909 dəfə oxunub
- Aytən Səfərova ağır qəzaya düşdü 599 dəfə oxunub
- Nar-dan xüsusi təklif: 10%-dək endirimlə smartfon! 599 dəfə oxunub
- Fransa Azərbaycandakı səfirini geri çağırıb 596 dəfə oxunub