Deputat: Bu, icra hakimiyyətlərinə dərs olar
“Əgər hər hansı sahibkara bölgələrdə turizmin inkişaf etdirilməsi üçün yerli icra hakimiyyəti tərəfindən süni maneələr yaradılırsa və qeyri-rəsmi nələrsə tələb edilirsə, onlar müvafiq orqanlara şikayət edə bilərlər. Bu, həm də vətəndaş aktivliyinin nümunəsi ola bilər. Həmçinin bu fikirdə olan başqa adamlara da dərs olar”.
Mynews.az xəbər verir ki, bunu Qafqazinfo-ya açıqlamasında deputat Musa Quliyev ölkə başçısının Nazirlər Kabinetinin iclasında yerli icra hakimiyyətlərinin sahibkarlara turizmin obyektləri açması üçün yer ayırmaları ilə bağlı verdiyi tapşırıqdan danışarkən vurğulayıb.
Deputat qeyd edib ki, prezident Nazirlər Kabinetinin müşavirəsi zamanı çıxışında turizmin inkişafı ilə bağlı tövsiyələrini verib: “Bildirdi ki, yay aylarında bölgələrdə turist sıxlığı müşahidə edilir.
Bu, yaxşı haldır. Digər tərəfdən, turizm obyektlərinin sayı az olduğuna görə bölgələrdə turistlər bu imkanlardan istifadə edə bilmirlər. Ona görə də müvafiq qurumlara tapşırdı ki, bu sahədə işlər daha da yaxşılaşdırılsın.
Hesab edirəm ki, cənab prezidentin bu tapşırığından nəticələr çıxarılacaq. Təkcə yerlərin ayrılması ilə kifayətlənməyəcək, həm də infrastrukturun yaradılmasında dövlət orqanları sahibkarlara kömək etsələr, yaxşı olar. Ayrılan yerlərə kommunal xətlərin çəkilməsi müvafiq dövlət orqanları tərəfindən həyata keçirilərsə, bu da turizmin inkişafına öz dəstəyini verə bilər. Xüsusən, bu sahəyə kreditlərin ayrılması inkişafa öz dəstəyini verə bilər. Cənab prezident bundan əvvəlki çıxışlarında da vurğulamışdı ki, ölkədə 1-2 ulduzlu turizm obyektləri çatışmır. Onların tikilməsi üçün sahibkarlara yerli icra hakimiyyəti orqanları, o cümlədən müvafiq qurumlar tərəfindən kömək göstərilməlidir”.
Siyasət
- Fransa Azərbaycandakı səfirini geri çağırıb
- İlham Əliyev 92,12 faiz səslə seçkilərdə liderdir
- "Biz haqq yolunda hər zaman bir-birimizin yanındayıq və yanında olacağıq"
- İlham Əliyev 2022-ci il dövlət büdcəsinin icrası ilə bağlı qanunu təsdiqlədi
- Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə liderinə məktub ünvanlayıb
- Türkiyədə seçki qutularının 97 faizi açılıb - Ərdoğan liderdir - YENİLƏNİR
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Rusiya Ukrayna şəhərlərini ballistik raketlərlə vurdu 971 dəfə oxunub
- Faiq Ağayev: "Damlanın dəyişimini çox bəyənirəm" 939 dəfə oxunub
- Qəbələdə dəhşət: 18 yaşlı qız tövlədə özünü asdı 929 dəfə oxunub