Zakir Həsənov Sarkisyanın köməkçisinə YERİNİ GÖSTƏRDİ - FOTOFAKT
Bu gün Düşənbədə keçirilən MDB ölkələrinin Müdafiə Nazirləri Şurasının iclasında Azərbaycan müdafiə naziri Zakir Həsənovun diqqətçəkən addımı erməniləri qıcıqlandırıb.
Mynews.az xəbər verir ki, müdafiə nazirləri protokol fotosu çəkdirərkən, Z.Həsənov iclasda Ermənistanı təmsil edən bu ölkənin müdafiə nazirinin birinci müavini Artak Zakuryandan bir qədər kənarda dayanıb.
Azərbaycan nazirinin bu addımı ilk növbədə işğalçı ilə çiyin-çiyinə dayanmaq istəməməsindən irəli gəlir və bununla işğalçıya öz yerini göstərir. Eyni zamanda, müdafiə nazirinin bu hərəkəti həm də dövlət bayrağımıza etimaddır. Belə ki, nazir bu addımı ilə Azərbaycan bayrağının fotoda tam görünməsini təmin edir.
Ermənistan mediası isə Z.Həsənovun bayrağımıza göstərdiyi etimaddan və erməni məmurla çiyin-çiyinə dayanmaq istəməməsindən qıcıqlanıb.
“Azərbaycanın müdafiə nazirləri həmişə Ermənistan nümayəndələri ilə yan-yana dayanmaqdan imtina edir. Bu protokola ziddir”, - deyə ermənilər şikayətlənib.
Qeyd edək ki, bundan əvvəl Moskvada keçirilən Müdafiə Nazirləri Şurasının iclasında da Z.Həsənov Ermənistan müdafiə naziri Viqen Sarkisyanla yan-yana dayanmaqdan imtina edib, həmçinin, bu addımı ilə Azərbaycan bayrağının tam şəkildə görünməsinə şərait yaradıb.
Siyasət
- Fransa Azərbaycandakı səfirini geri çağırıb
- İlham Əliyev 92,12 faiz səslə seçkilərdə liderdir
- "Biz haqq yolunda hər zaman bir-birimizin yanındayıq və yanında olacağıq"
- İlham Əliyev 2022-ci il dövlət büdcəsinin icrası ilə bağlı qanunu təsdiqlədi
- Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə liderinə məktub ünvanlayıb
- Türkiyədə seçki qutularının 97 faizi açılıb - Ərdoğan liderdir - YENİLƏNİR
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- ANS-in keçmiş aparıcısı həmcinsi ilə nişanlandı - FOTO 923 dəfə oxunub
- İmtahanda yüksək bal toplayan Mələkxanım bu tanınmış şəxsin qızı imiş 561 dəfə oxunub
- Aytən Səfərova ağır qəzaya düşdü 560 dəfə oxunub
- Nar-dan xüsusi təklif: 10%-dək endirimlə smartfon! 560 dəfə oxunub
- Fransa Azərbaycandakı səfirini geri çağırıb 554 dəfə oxunub