Aleksandr Lukaşenko: Azərbaycanlılar və belaruslar qardaşdır
Belarus prezidenti Azərbaycan parlamentinin sədri ilə görüşüb.
"Azərbaycan və Belarus parlamentləri ikitərəfli münasibətlərin inkişafına mühüm töhfə verə bilər".
Mynews.az-ın Belarus prezidentinin saytına istinadən verdiyi xəbərə görə, bunu ölkə prezidenti Aleksandr Lukaşenko Azərbaycan parlamentinin sədri Oqtay Əsədovla görüş zamanı deyib.
"Hesab edirəm ki, parlamentlər ikitərəfli münasibətlərin inkişafına mühüm töhfə verə bilər. Mən parlament rəhbərləri və deputatların dediyinə çox önəm verirəm və dinləyirəm. Bilirəm ki, prezident İlham Əliyev bu baxımdan çox demokratik insandır. Bir şey faydalı olarsa, həmişə onu dinləyir", - A.Lukaşenko deyib.
Prezident qeyd edib ki, Belarus və Azərbaycan bir çox sahələrdə əməkdaşlıq edir, ölkələrimiz arasında isti və yaxın münasibətlər mövcuddur: "Biz bir-birimizə tamamilə etibar edirik. Birgə müəssisələr yaradırıq, üçüncü ölkələrlə ticarət edirik. Azərbaycanlılar və belaruslar qardaşdır", - prezident bildirib.
Qarabağ probleminə toxunan A.Lukaşenko qeyd edib ki, azərbaycanlılar sülhsevər xalqdır və münaqişə vəziyyətinə baxmayaraq, bu baxımdan tamamilə sülh mövqeyinə üstünlük verirlər.
Belarus prezidenti Azərbaycan prezidentinə əməkdaşlığa görə minnətdarlığını bildirməyi xahiş edib: "Biz müəyyən etdiyimiz kursu davam etdirəcəyik", - A.Lukaşenko əlavə edib.
Siyasət
- Fransa Azərbaycandakı səfirini geri çağırıb
- İlham Əliyev 92,12 faiz səslə seçkilərdə liderdir
- "Biz haqq yolunda hər zaman bir-birimizin yanındayıq və yanında olacağıq"
- İlham Əliyev 2022-ci il dövlət büdcəsinin icrası ilə bağlı qanunu təsdiqlədi
- Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə liderinə məktub ünvanlayıb
- Türkiyədə seçki qutularının 97 faizi açılıb - Ərdoğan liderdir - YENİLƏNİR
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Rusiya Ukrayna şəhərlərini ballistik raketlərlə vurdu 925 dəfə oxunub
- Faiq Ağayev: "Damlanın dəyişimini çox bəyənirəm" 906 dəfə oxunub
- Qəbələdə dəhşət: 18 yaşlı qız tövlədə özünü asdı 597 dəfə oxunub