Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Azərbaycan Ordusu raket atışları ilə hədəfləri məhv etdi - VİDEO

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun göstərişinə əsasən, Hava Hücumundan Müdafiə Qoşunlarının "Buk-MB" zenit-raket komplekslərinin döyüşə hazırlıq vəziyyəti yoxlanılıb.

Azərbaycan Müdafiə Nazirliyindən Mynews.az-a verilən məlumata görə, tapşırıqların yerinə yetirilməsi zamanı çətin radioelektron maneə şəraitində şərti düşmənin yüksəksürətli, kiçik ölçülü hava hədəfləri aşkarlanaraq izlənməyə götürülüb və praktiki raket atışları ilə məhv edilib.

Qarşıya qoyulan vəzifə və tapşırıqlar müvəffəqiyyətlə yerinə yetirilib, şəxsi heyətin döyüş hazırlığı, bacarığı və qarşılıqlı fəaliyyəti Müdafiə Nazirliyinin rəhbərliyi tərəfindən yüksək qiymətləndirilib.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...