İŞİD-çilərin ailə üzvləri Azərbaycana gətirilir
4 yaşlı Abdullanın ölkəmizə gətirilməsi İraqda saxlanan cihadçı ailələrinin arasında azərbaycanlı qadın və uşaqların olmasını təsdiqlədi. İlkin məlumata görə, İŞİD döyüşçüləri olduqları güman edilən şəxslərin ailə üzvü olan 1400 əcnəbi qadın və uşaq hazırda İraqda saxlanır.
Hökumət qoşunları özünü İslam Dövləti (İD) adlandıran təşkilatın döyüşçülərini ölkənin əksər ərazilərindən təmizləyəndən sonra onların ailə üzvlərinin öz vətənlərinə göndərilməsi planlaşdırılır və hökumət onların hansı ölkələrdən olduqlarını müəyyənləşdirməklə məşğuldur.
İraq hökumət qoşunları tərəfindən saxlanan qadın və uşaqların əksəriyyətinin Türkiyədən olduğu bildirilir. Lakin onların arasında keçmiş Sovet respublikaları olan Tacikistan, Azərbaycan və Rusiyadan gələnlər də var.
Tel Afarda dindirilən qadınlardan bəziləri İŞİD-in törətdiyi qırğınlardan xəbərsiz olduqlarını bildiriblər. Azərbaycandan gəldiyi güman edilən qadın deyib ki, “Biz kiminsə öldürüldüyünü görməməmişik: “Orada hər bir şey Quran və Peyğəmbərin hədislərində yazıldığı kimi idi. Onlar şəriət qanunlarını tətbiq edirdilər”.
Mynews.az Modern.az-a istinadən xəbər verir ki, həmin qadınların, uşaqların Azərbaycana gətirilməsi, onların Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nəzarətinə verilməsi nəzərdə tutulub. Amma həmin qadınların terrorçu qruplaşamalara qoşulma ehtimalları və müəyyən cinayətlərdə iştirakları Azərbaycan tərəfi üçün bəzi tərəddüdlər doğurur. Ona görə də qadınların ölkəyə gətirilməsi istiqamətində dəqiqləşmələr və danışıqlar aparılır.
Məsələ ilə bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən Modern.az-a bildiriblər ki, bu barədə rəsmi müraciət olmayıb:
“Hələlik İraqda saxlanılan azərbaycanlı qadın və uşaqlarla bağlı Komitəyə rəsmi müraciət olmadığından, məsələnin araşdırılması səlahiyyətlərimiz çərçivəsində deyil”.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Modern.az-a məsələnin gündəmdə olduğunu bildirib:
“Hazırda bu istiqamətdə müvafiq işlər aparılır”.
Qeyd edək ki, oktyabrın 12-də Abdulla adlı uşaq Azərbaycan Xarici İşlər Nazirliyinin İraqdakı səfirliklə apardığı danışıqlar nəticəsində Azərbaycana gətirilib.
Siyasət
- Fransa Azərbaycandakı səfirini geri çağırıb
- İlham Əliyev 92,12 faiz səslə seçkilərdə liderdir
- "Biz haqq yolunda hər zaman bir-birimizin yanındayıq və yanında olacağıq"
- İlham Əliyev 2022-ci il dövlət büdcəsinin icrası ilə bağlı qanunu təsdiqlədi
- Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə liderinə məktub ünvanlayıb
- Türkiyədə seçki qutularının 97 faizi açılıb - Ərdoğan liderdir - YENİLƏNİR
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- ANS-in keçmiş aparıcısı həmcinsi ilə nişanlandı - FOTO 952 dəfə oxunub
- İmtahanda yüksək bal toplayan Mələkxanım bu tanınmış şəxsin qızı imiş 909 dəfə oxunub
- Aytən Səfərova ağır qəzaya düşdü 599 dəfə oxunub
- Nar-dan xüsusi təklif: 10%-dək endirimlə smartfon! 599 dəfə oxunub
- Fransa Azərbaycandakı səfirini geri çağırıb 596 dəfə oxunub