Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Prezidentin köməkçisi “Qarabağ”ın oyunundan yazdı

"Siyasətdə baş verənlər idmanda da təkrar olunur".

Mynews.az.Az xəbər verir ki, bunu Azərbaycan prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi-şöbə müdiri Novruz Məmmədov özünün "Twitter" səhifəsində dünən UEFA Çempionlar Liqası qrup mərhələsi çərçivəsində "Qarabağ" - "Atletiko Madrid" klubları arasında keçirilən oyunda fransız hakimin qərarını şərh edərkən bildirib. 

"Heç bu dərəcədə təsəvvür etməzdim. İdmanda da Azərbaycan komandasını - Qarabağ klubunu sıxışdırdılar, bir neçə dəfə açıq-aydın cəzalandırdılar. Rəqib komandanın qapısına isə penalti təyin edilmədi və digər pozuntulara göz yumuldu", - deyə prezidentin köməkçisi əlavə edib. 

Qeyd edək ki, dünən keçirilən görüşdə fransız hakim Rudi Buke 75-ci dəqiqədə "Qarabağ" futbolçusu Dino Ndlovuya qarşı "Atletiko"nun cərimə meydançasında edilən kobudluğa göz yumaraq, penalti vermək əvəzinə, Ağdam təmsilçisinin üzvünə ikinci sarı vərəqə göstərib və oyundan çıxarıb. 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...