Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Ermənilər Ağdamda çobanları atəşə tutublar

Erməni silahlı bölmələri Ağdam rayonunda dinc sakinləri atəşə tutub.

Mynews.az APA-ya istinadən xəbər verir ki, ötən gün axşam saatlarında Ağdamın Ayaq Qərvənd kəndinin otlaq sahələrində çobanlar atəşə məruz qalıblar. Çobanlar atəşdən yayına bilsələr də, kənd sakini Mehman Məmmədova məxsus iki qoyun tələf olub.

Azərbaycan Ordusunun cavab atəşindən sonra düşmən susdurulub, çobanlar ərazidən uzaqlaşıblar.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...