Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

XİN: “Mundo Deportivo” Azərbaycandan üzr istədi

İspaniyanın məşhur idman nəşri “Mundo Deportivo” Azərbaycandan üzr istəyib.

Bu barədə Mynews.az-a Azərbaycan XİN-nin sözçüsü Hikmət Hacıyevməlumat verib. 

Xatırladaq ki, İspaniyanın məşhur idman nəşri “Mundo Deportivo”ya məxsus http://urbanian.mundodeportivo.com internet səhifəsində “Atletiko”nun futbolçusu Yannik Karrasko haqqında dərc edilmiş 19.10.2017-ci il tarixli məqalədə “Qarabağ” Futbol Klubu səhvliklə erməni klubu kimi təqdim olunmuşdu.

“Azərbaycan Respublikasının İspaniya Krallığındakı Səfirliyinin müdaxiləsi nəticəsində buraxılan kobud səhvə görə redaksiya heyəti tərəfindən üzrxahlıq edilmiş, sözügedən məlumat dəyişdirilərək, “Qarabağ” Futbol Klubunun Azərbaycana məxsus olması həqiqəti öz əksini tapmışdır”, - deyə Hikmət Hacıyev bildirib.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...