Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Səfirlik işə qarışdı, “Qarabağ”la bağlı həqiqət öz yerini tapdı - FOTO

Xəbər verdiyimiz kimi, İspaniyanın məşhur idman nəşri “Mundo Deportivo” “Atletiko”nun futbolçusu Yannik Karrasko haqda dərc etdiyi yazıda Azərbaycanı Çempionlar Liqasında təmsil edən “Qarabağ”ı erməni klubu kimi təqdim edib.

Yenicag.az-ın əməkdaşı məsələ ilə bağlı Azərbaycanın İspaniyadakı səfirliyi ilə əlaqə saxlayıb. Səfirlikdən bildiriblər ki, sözügedən məqalədən sonra məsələyə dərhal müdaxilə edilib. Səhvlə bağlı nəşrə müraciət ünvanlanıb.

Sonda isə həqiqət öz yerini taparaq “Qarabağ” Azərbaycan klubu kimi təqdim olunub.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...