Jirinovski - Azərbaycan Rusiyanın tərkibinə daxil edilməlidir
Azərbaycanlılar və ermənilər arasında yaşanan Dağlıq Qarabağ münaqişəsi ərəblərlə yəhudilərin Qüds uğrunda mübahisəsini xatırladır. Onlar özləri bu münaqişəni heç vaxt həll edə bilməyəcəklər. Yalnız üçüncü tərəfin iştirakı ilə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması mümkündür.
Oxu.Az-ın xəbərinə görə, bu barədə Moskva-Bakı nəşrinə müsahibəsində Rusiya Dövlət Dumasının Liberal Demokrat Partiyası fraksiyasının rəhbəri Vladimir Jirinovski deyib.
Deputat qeyd edib ki, Rusiya İmperiyası və SSRİ-nin tərkibində sərhədlər tam aydın deyildi və inzibati bölgünün elə bir əhəmiyyəti yox idi:
“Ermənilər Bakıda, azərbaycanlılar isə Ermənistanın müxtəlif rayonlarında yaşayırdılar. Lakin sonradan sərhədlər müəyyənləşdi və hər iki ölkə Dağlıq Qarabağı öz ərazisi kimi təqdim etdi. Onlar heç vaxt razılığa gələ bilməyəcəklər. Qarabağ dağlıq ərazidir və çox balacadır. Qüds kimi - orada ərəblər və yəhudilər arasında həmişə münaqişə olacaq. Bu səbəbdən Qarabağda xarici hakim lazımdır - bu yalnız Moskva ola bilər, çünki onların hər ikisi rus dilində danışırlar. Analoji münaqişələr Dnestryanı, Abxaziya və Cənubi Osetiyada da var. Bu dörd yerdə SSRİ-nin tərkibində problem yox idi, onlar İttifaqdan ayrılan kimi ara qarışdı. Biz əmin ki, SSRİ-nin sərhədləri könüllü və ya referendum vasitəsi ilə bərpa edilməlidir. Keçmiş dövlətlərin hamısı Rusiyanın tərkibinə daxil olunmalıdır. Yalnız bundan sonra sülh olacaq, bütün münaqişələr öz həllini tapacaq və böyük ölkənin bütün xalqları sabahdan qorxmayaraq rahat yaşayacaqlar”.
Siyasət
- Fransa Azərbaycandakı səfirini geri çağırıb
- İlham Əliyev 92,12 faiz səslə seçkilərdə liderdir
- "Biz haqq yolunda hər zaman bir-birimizin yanındayıq və yanında olacağıq"
- İlham Əliyev 2022-ci il dövlət büdcəsinin icrası ilə bağlı qanunu təsdiqlədi
- Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə liderinə məktub ünvanlayıb
- Türkiyədə seçki qutularının 97 faizi açılıb - Ərdoğan liderdir - YENİLƏNİR
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Rusiya Ukrayna şəhərlərini ballistik raketlərlə vurdu 582 dəfə oxunub
- Faiq Ağayev: "Damlanın dəyişimini çox bəyənirəm" 569 dəfə oxunub
- Qəbələdə dəhşət: 18 yaşlı qız tövlədə özünü asdı 565 dəfə oxunub