Azərbaycan snayperləri iş başında - bir günə 3 erməni ölür, 1-i yaralanır - UNİKAL KADRLAR - VİDEO
"Sputnik Armenia” agentliyinin direktoru, 90-cı illərdə NTV kanalının xüsusi müxbiri işləmiş Dmitri Pisarenko öz arxivndən Qarabağa dair 20 il əvvəl çəkilmiş yeni reportaj yayımlayıb. Reportaj 1997-ci ilin mayında Dağlıq Qarabağda qondarma rejimin keçirdiyi "prezident seçkiləri” vaxtı təmas xəttində hökm sürən vəziyyətlə bağlıdır.
Mynews.az virtualaz.org-a istinadən xəbər verir ki, jurnalist ermənilərin səngərindən çəkiliş aparır və ona xəbərdarlıq edirlər ki, başından dəbilqəni çıxarmasın, çünki Azərbaycan snayperləri işləyir. Cəmi bir neçə dəqiqədən sonra Pisarenko bu xəbərdarlığın boş yerə olmadığına əmin olur, Azərbaycan snayperinin açdığı atəşlə onun bir metrliyində dayanmış erməni əsgər yerə sərilir. Güllə əsgərin başındakı dəbilqəni deşərək onun kəllə sümüyünü dağıdır. Lakin onu xəstəxanaya çatdırmaq və xilas etmək mümkün olur.
Daha sonra jurnalist təmas xəttində 26 yaşlı erməni baş leytenantın Azərbaycan snayperinin açdığı sərrast atəşlə öldürüldüyünə şahid olur. Və gün ərzində ermənilər təmas xəttində baş verən atışmalarda daha iki hərbçi itirirlər...
Jurnalistin NTV telekanalı ilə birlikdə "Zaman maşını” çərçivəsində yayımladığı həmin reportajı təqdim edirik.
Siyasət
- Fransa Azərbaycandakı səfirini geri çağırıb
- İlham Əliyev 92,12 faiz səslə seçkilərdə liderdir
- "Biz haqq yolunda hər zaman bir-birimizin yanındayıq və yanında olacağıq"
- İlham Əliyev 2022-ci il dövlət büdcəsinin icrası ilə bağlı qanunu təsdiqlədi
- Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə liderinə məktub ünvanlayıb
- Türkiyədə seçki qutularının 97 faizi açılıb - Ərdoğan liderdir - YENİLƏNİR
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- ANS-in keçmiş aparıcısı həmcinsi ilə nişanlandı - FOTO 926 dəfə oxunub
- İmtahanda yüksək bal toplayan Mələkxanım bu tanınmış şəxsin qızı imiş 565 dəfə oxunub
- Aytən Səfərova ağır qəzaya düşdü 563 dəfə oxunub
- Nar-dan xüsusi təklif: 10%-dək endirimlə smartfon! 563 dəfə oxunub
- Fransa Azərbaycandakı səfirini geri çağırıb 557 dəfə oxunub