Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Ermənistan ordusunda əsgərlər bir-birlərini güllələdilər

İşğal edilmiş Dağlıq Qarabağda daha iki erməni hərbi qulluqçusu ölüb.

Mynews.az-ın Oxu.Az-a istinadən məlumatına görə, hadisə Ağdərə yaşayış məntəqəsində dislokasiya olunan altıncı dağ atıcı alayın ərazisindəki postda qeydə alınıb.

Odlu silahdan istifadə qaydalarına əməl etmədikləri nəticəsində 1998-ci il təvəllüdlü Aram Xaçatryan və 1997-ci il təvəllüdlü Qraç Avetisyan aldıqları güllə yaralarından ölüblər

Hadisənin təfərrüatlarının aydınlaşdırılması üçün araşdırma aparılır.

Erməni KİV iddia edir ki, hərbi qulluqçular arasında yaşanan mübahisə zamanı onlar bir-birlərini güllələyiblər. 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...