Ordumuz müasir silahlarla öz gücünü sübut etməyə hazırdır - RƏSMİ
“Qorxu və səksəkə içində olan ermənilərin gözünə hər yerdə müasir Azərbaycan silahları, o cümlədən tank əleyhinə idarəolunan “Spayk” raket kompleksləri görünür”.
Bunu Mynews.az-ın sorğusuna cavab olaraq Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər.
“Azərbaycan və Ermənistan prezidentlərinin Cenevrədəki görüşündən qısa müddət sonra Azərbaycan əsgərini qətlə yetirən Ermənistan tərəfi cəbhədəki vəziyyətlə bağlı yaydığı növbəti iftira dolu məlumatda öz təxribatlarını ört-basdır etmək və dünya ictimaiyyətinin fikrini törətdikləri cinayətdən yayındırmaq məqsədini güdür.
Aprel hadisələrində Azərbaycan əsgəri düşmənə layiq olduğu yeri göstərdi. İndi də Ordumuz arsenalında olan silah və döyüş texnikasını tətbiq etməklə, öz gücünü növbəti dəfə sübut etməyə hazırdır”, - deyə Müdafiə Nazirliyindən bildirilib.
Siyasət
- Fransa Azərbaycandakı səfirini geri çağırıb
- İlham Əliyev 92,12 faiz səslə seçkilərdə liderdir
- "Biz haqq yolunda hər zaman bir-birimizin yanındayıq və yanında olacağıq"
- İlham Əliyev 2022-ci il dövlət büdcəsinin icrası ilə bağlı qanunu təsdiqlədi
- Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə liderinə məktub ünvanlayıb
- Türkiyədə seçki qutularının 97 faizi açılıb - Ərdoğan liderdir - YENİLƏNİR
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Rusiya Ukrayna şəhərlərini ballistik raketlərlə vurdu 967 dəfə oxunub
- Faiq Ağayev: "Damlanın dəyişimini çox bəyənirəm" 935 dəfə oxunub
- Qəbələdə dəhşət: 18 yaşlı qız tövlədə özünü asdı 926 dəfə oxunub