Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Pakistanlı general: Ermənistan Azərbaycan torpaqlarını azad etməlidir - FOTO

Pakistan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı daim Azərbaycanın haqlı mövqeyini dəstəkləyib və bundan sonra da dəstəkləyəcək.

Mynews.az Azvision.az-a istinadən xəbər verir ki, bu sözləri Pakistan ordusunun ehtiyatda olan general-leytenantı Tariq Xan bildirib.

Generalın sözlərinə görə, Ermənistan işğal olunan Azərbaycan torpaqlarını azad etməli və münaqişə zonasından öz qoşunlarını çıxarmalıdır.

“Dünya birliyi Yerevanın BMT Təhlükəsizlik Şurasının qətnamələrinə əməl etməsi üçün Ermənistana təzyiq etməlidir. Qarabağ məsələsində Pakistan həmişə Azərbaycanın yanında olmalıdır”, - deyə pakistanlı general bildirib.

İslamabad və Bakı arasında hərbi-texniki əməkdaşlıqdan danışan Tariq Xan qeyd edib ki, ölkələr arasında hərbi sahə daxil olmaqla, bir sıra sahələrdə əməkdaşlıq üçün böyük potensial var: “İslamabad Bakıya təlim təyyarələri, qırıclar, tanklar, atıcı silahlar, pilotsuz uçuş aparatları və digər texnika cəlb edə bilər. Ölkələrimiz arasında hərbi əməkdaşlığın dərinləşməsi sevindirici haldır”.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...