Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Novruz Məmmədov “Euronews”u ittiham etdi

“Euronews” bir neçə gün bundan öncə Myanmada baş verən hadisələri müasir zamanın ən böyük qaçqın böhranı adlandırıb. Bu, çox yaxşıdır və düzdür”.

Mynews.az-ın məlumatına görə, bunu Azərbaycan prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi-şöbə müdiri Novruz Məmmədov özünün “Facebook” səhifəsində yazıb.

“Amma Avropada özünü ən çox baxılan, tarazlı, neytral, müstəqil və ədalətli hesab edən telekanal Azərbaycanda ötən əsrin 80-ci illərinin sonu və 90-cı illərinin əvvəllərində baş vermiş qaçqın böhranı (bir milyondan artıq insan) haqda bir dəfə də olsun, fikir söyləməyib”, - deyə o vurğulayıb. 

 

 

 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...