Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Novruz Məmmədov "Bakı-Tbilisi-Qars"dan yazdı

“Bakı-Tbilisi-Qars dəmiryol xəttinin açılışı tarixi hadisədir”.

Mynews.az-ın məlumatına görə, bunu Azərbaycan prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi-şöbə müdiri Novruz Məmmədov özünün “Twitter” səhifəsində yazıb. 

O qeyd edib ki, 2017-ci il müstəqil Azərbaycan tarixində ən uğurlu səhifələrdən biri kimi yadda qalacaq: "Böyük tarixi hadisələr sırasında Yeni əsrin - XXI əsrin kontraktının imzalanmasından sonra bu gün iki qitənin ölkələrini və xalqlarını bir-birinə yaxınlaşdıran Bakı-Tbilisi-Qars dəmiryol xəttinin açılışıdır. Yolun daim uğurlu olsun, Azərbaycan!" 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...