Aİ: BTQ dəmir yolu xəttinin açılışı Şərq Tərəfdaşlığının mahiyyətinə uyğundur

"Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin açılışı Avropa İttifaqı, Türkiyə, Gürcüstan, Azərbaycan və Mərkəzi Asiyanı birləşdirən nəqliyyat sistemi bağlantıları sahəsində atılan böyük addımdır".
Mynews.az-ın məlumatına görə, bu barədə Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin yaydığı açıqlamada bildirilib.
"Avropa İttifaqı yeni dəmir yolu dəhlizinin açılmasını alqışlayır. Bu, sərmayələr, infrastrukturun təkmilləşdirilməsi və logistikanın əlaqələndirilməsi ilə birgə bağlantıların daha yaxşı qurulmasına, yeni biznes imkanlarının yaranmasına və ticarətin artmasına səbəb olacaq. Bu, Şərq Tərəfdaşlığı, eləcə də, onun Mərkəzi Asiya strategiyasının mahiyyətinə uyğun məsələdir.
Avropa İttifaqı hər zaman qonşu tərəfdaş ölkələrlə bağlantıların yaxşılaşmasına yönələn layihələri dəstəkləyib. Türkiyə ilə Bolqarıstan, eləcə də, Azərbaycanla Mərkəzi Asiya arasındakı nəqliyyat əlaqələrinin daha da yaxşılaşdırılması ilə bu layihə qədim İpək Yolu boyu Avropa ilə Asiya arasında quru ilə sürətli və etibarlı nəqliyyat bağlantısı təmin edəcək.
Enerji sahəsində sistemlərin oxşar bağlantısını təmin edəcək Cənub Qaz Dəhlizini də dəstəkləyirik", - Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin mətbuat xidmətindən vurğulanıb.
Qeyd edək ki, tikintisinə 2007-ci ildə başlanılmış və "Dəmir İpək Yolu" adlandırılan Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xətti bu gün istifadəyə verilir. Bu münasibətlə Azərbaycan paytaxtında keçiriləcək açılış mərasimində Azərbaycan prezidenti İlham Əliyev, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, eləcə də, digər ölkələrin rəsmi şəxsləri, nəqliyyat sektorunun təmsilçiləri iştirak edəcəklər.
Siyasət
- Səlim Müslümov həbs edildi
- SON DƏQİQƏ: Moskvada tarixi görüş başladı - CANLI YAYIM
- İlham Əliyev, Putin və Paşinyan arasında üçtərəfli danışıqlar aparılacaq
- Prezident: "Biz bu illər ərzində güc toplayırdıq"
- Ərdoğan: “Azərbaycan ərazi bütövlüyünü təmin edib”
- Cəlilabadın sabiq icra başçısı həbs edildi - YENİLƏNİB
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Sürücü əli ilə saxlamaq istədiyi yük maşınının altında qalıb öldü - ANBAAN VİDEO 925 dəfə oxunub
- Prezident Azərbaycan İnvestisiya Holdinqinə yeni səlahiyyətlər verdi 916 dəfə oxunub
- Bakıda qar yağacaq, güclü külək əsəcək - XƏBƏRDARLIQ 914 dəfə oxunub
- Paşinyan xəstəxanaya çatdırıldı - Sui-qəsd törədən 3 əli silahlı şəxs…. 912 dəfə oxunub
- Qiymət artımı ilə bağlı qərar QƏBUL EDİLDİ 597 dəfə oxunub