Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Ali Baş Komandana yeni səlahiyyətlər verilir

Azərbaycan Ali Baş Komandanına (Azərbaycan Prezidenti) yeni səlahiyyətlər verilə bilər.

Mynews.az xəbər verir ki, “Müdafiə haqqında” qanunun 5-ci maddəsinin altıncı bəndinə əlavələr ediləcək.

Layihəyə əsasən, Azərbaycan Ali Baş Komandanı (Azərbaycan prezidenti) Silahlı Qüvvələrin hərbi məktəblərini, ali məktəblərin hərbi kafedralarını və elmi tədqiqat təşkilatlarını yaradıb və ləğv etmə səlahiyyəti ilə yanaşı, Silahlı Qüvvələrin elmi müəssisə və təşkilatlarını yaratma, yaxud ləğv etmə səlahiyyətinə də malik olacaq.

Dəyişiklik Milli Məclisin sabah keçiriləcək plenar iclasında müzakirə ediləcək.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...