Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Milli Məclisin plenar iclası başladı

Azərbaycan Milli Məclisinin (MM) növbəti plenar iclası başlayıb.

Mynews.az-ın xəbərinə görə, iclasın gündəliyinə 38 məsələ daxildir.

"Xəzər dənizinin Azərbaycan sektorunda Azəri, Çıraq yataqlarının və Günəşli yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və hasilatın pay bölgüsü haqqında" Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə Azərbaycan (ACG) Limited, BP Eksploreyşn (Kaspian Si) Limited, Şevron Xəzər, Ltd., Ekson Azərbaycan Limited, İnpeks Sausvest Kaspian Si, Ltd., İtoçu Oyl Eksploreyşn (Azərbaycan) İnk., ONGC Videş Limited, Statoyl Abşeron AS, Türkiyə Petrolleri A.O. arasında Sazişin qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə qanun layihəsi və Azərbaycanın bir sıra ölkələrlə imzaladığı sənədləri ratifikasiyası müzakirəyə çıxarılacaq.

Bundan başqa, Əmək, Mülki, İnzibati Xətalar, Mülki Prosessual, İnzibati Prosessual, Miqrasiya məcəllələrinə, eləcə də, "Diplomatik xidmət haqqında", "Dövlət əmlakının özəlləşdirilməsi haqqında", "Dövlət qulluğu haqqında", "Əmək pensiyaları haqqında", "Geodeziya və kartoqrafiya haqqında", "Heyvanlar aləmi haqqında", "Müdafiə haqqında", "Muzeylər haqqında", "Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında", "Rəsmi statistika haqqında" "Sanitariya-epidemioloji salamatlıq haqqında", "Sərhəd qoşunları haqqında", "Təhsil haqqında", "Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında", "Yanğın təhlükəsizliyi haqqında", "Yaşayış minimumu haqqında", "Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə", "Hərbi xidmətkeçmə haqqında Əsasnamə", "Yaşıllıqların mühafizəsi haqqında", "Çayçılıq haqqında", "Avtomobil nəqliyyatı haqqında", "Nəqliyyat haqqında", "Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında", "Hesablama Palatası haqqında", "Yol hərəkəti haqqında", "Mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı haqqında", "Dövlət qulluğu haqqında", "Vəkillər və vəkillik fəaliyyəti haqqında" və s. qanunlarına əlavə və dəyişikliklər müzakirəyə çıxarılacaq.

Qeyd edək ki, iclas MM sədrinin birinci müavini Ziyafət Əsgərovunsədrliyi ilə keçirilir.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...