“Sabah bu insanlar necə pensiya alacaqlar?” - DEPUTATDAN ÇAĞIRIŞ
Deputat Qənirə Paşayeva Milli Məclisin bugünkü iclasında çıxış edərək əmək müqavilələri olmadan çalışan və ya əmək müqaviləsində əmək haqları az göstərilən işçilərin pozulan hüquqlarının müdafiəsi istiqamətində ciddi işlər görülməli olduğunu deyib.
Mynews.az Şərq.az-a istinadən xəbər verir ki, bu gün Milli Məclisdə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikası Qanununda dəyişikliklərin edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı çıxış edən millət vəkili Qənirə Paşayeva qanun layihəsində bir sıra vacib məsələlərin öz əksini tapdığını və onları dəstəklədiyini bildirməklə yanaşı qısa zamanda müəssisələrdə, şirkətlərdə əmək müqavilələri ilə bağlı problemlərin də öz həllini tapmasının vacibliyini bildirib:
“Təbii hamımız istəyirik ki, sahibkarlıq daha da inkişaf etsin. Çünki iqtisadiyyatın inkişafı, iş yerlərinin açılması üçün bu çox vacibdir. Hamımız sahibkara qarşı süni maneəler, qanunsuz yoxlamaların əleyhinəyik, amma sahibkarlar tərəfindən işçilərin hüquqlarının pozulmasının da əleyhinəyik. Bu gün özəl sektorda əmək müqaviləsi olmadan çalışan və ya əmək haqları əmək müqaviləsində az göstərilən insanların sayı az deyil. Sabah bu insanlar pensiyaya çıxanda necə olacaq? Necə pensiya alacaqlar? Yaşlananda heç olmasa özlərinə yetə biləcək pensiya ala bilməkdən məhrum olacaqlar və bu dövlət üçün ciddi bir problem olacaq. Unutmamalıyıq ki, biz pensiya təminatı ilə bağlı fərdi uçot sisteminə keçmişik, yəni hər bir insan öz əmək haqqında DSMF-na nə qədər vəsait ödəyibsə, ona müvafiq də pensiya alacaq.
Əmək müqaviləsi olmadan çalışan insanların əmək müqavilələri və buna müvafiq olaraq DSMF-na ödəmələri olmadığı üçün gələcəkdə onların pensiyaları sual altında qalacaq və ya əmək müqaviləsindəki əmək haqqı gerçək əmək haqqından az göstərilənlər gələcəkdə o az əmək haqqına görə pensiya alacaq və yüzlərlə insanın gələcəyi böyük təhlükə qarşısında qala bilər. Ona görə də əmək müqaviləsi olmadan və ya əmək haqqını sənədlərdə real əmək haqqından az göstərən, işçi çalışdıran şirkət və qurumlara qarşı mübarizə aparılmalıdır. İnsanlar iş tapmaq asan olmadığından və işlərini itirməmələri üçün bəzən əmək müqaviləsi olmadan və ya sənədlərdə maaşı real əmək haqqından az göstərilməsinə razı olaraq işləməyə məcbur olurlar.
Amma müvafiq dövlət qurumu bu cür şirkət, qurumlara qarşı bu kimi hallara son qoyulması istiqamətində mübarizə tədbirləri aparmalıdır, çünki bu şərtlərlə işləməyə məcbur olan insanlar bu gün müəyyən problemlərlə üzləşməklə bərabər, onların gələcək pensiya təminatında da çox ciddi problemlər yaranacaq.
Ona görə də bu sahəyə cavabdeh nazirliyin – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bu istiqamətdə yoxlamalar aparmaq imkanları olmalı və bu məsələ ilə sərt mübarizəni ondan tələb etməliyik. Eyni zamanda əhalinin bu istiqamətdə hüquqları ilə bağlı maarifləndirilməsi məsələsini də daha da genişləndirməliyik”.
Siyasət
- Fransa Azərbaycandakı səfirini geri çağırıb
- İlham Əliyev 92,12 faiz səslə seçkilərdə liderdir
- "Biz haqq yolunda hər zaman bir-birimizin yanındayıq və yanında olacağıq"
- İlham Əliyev 2022-ci il dövlət büdcəsinin icrası ilə bağlı qanunu təsdiqlədi
- Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə liderinə məktub ünvanlayıb
- Türkiyədə seçki qutularının 97 faizi açılıb - Ərdoğan liderdir - YENİLƏNİR
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- ANS-in keçmiş aparıcısı həmcinsi ilə nişanlandı - FOTO 969 dəfə oxunub
- İmtahanda yüksək bal toplayan Mələkxanım bu tanınmış şəxsin qızı imiş 934 dəfə oxunub
- Nar-dan xüsusi təklif: 10%-dək endirimlə smartfon! 925 dəfə oxunub
- Aytən Səfərova ağır qəzaya düşdü 924 dəfə oxunub
- Fransa Azərbaycandakı səfirini geri çağırıb 922 dəfə oxunub