Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Putin 5 rayonu Azərbaycana qaytarmaq üçün Bakı qarşısında 3 şərt qoydu

Rusiya prezidenti Vladimir Putinin türkiyəli həmkarı Rəcəb Təyyub Ərdoğanla görüşü ərəfəsində Dağlıq Qarabağ ətrafındakı 5 rayonun qeyd-şərtsiz azad olunması ilə bağlı Azərbaycan qarşısında 3 şərt qoyduğu məlum olub.

Mynews.az azxeber.com-a istinadən xəbər verir ki, bu barədə politoloq, "Atlas” araşdırmalar mərkəzinin rəhbəri Elxan Şahinoğlu bildirib.

O, qeyd edib ki, inandığı etibarlı qaynaqdan əldə etdiyi məlumata görə birinci şərt: Azərbaycan Avrasiya İqtisadi Birliyinin üzvü olmasıdır. İkinci şərt: Azərbaycan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü olmalıdır. Üçüncü şərt: Dağlıq Qarabağda Rusiyanın sülhməramlı qüvvələri yerləşdirilməlidir. Çox ağır şərtlərdir. Birinci şərti müəyyən istisnalarla yerinə yetirmək mümkündür, o biri iki şərt Azərbaycanın təhlükəsizlik maraqlarına ziddir.

Başqa məlumatlar da var. "Atlas” Araşdırmalar Mərkəzi bu barədə geniş təhlil hazırlayır.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...