Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Qarabağda Ermənistan ordusuna böyük şok - 12 ölü, çoxlu sayda yaralı

Bu gün Ermənistan Silahlı Qüvvələrinin Azərbaycanın işğal altındakı Agdərə rayonu istiqamətində yerləşən hərbi hissəsinin silah anbarında güclü partlayış baş verib.

Mynews.az  bildirir ki, partlayış nəticəsində hərbi hissənin ərazisində və yaxın ətrafda yerləşən obyeklərə ciddi ziyan dəyib.

İlkin məlumata görə, 12 nəfərin öldüyü və xeyli sayda yaralının olduğu bildirilir.

Hadisə yerinə müvafiq qurumların əməkdaşları cəlb olunub.

Hazırda araşdırma və xilasetmə tədbirləri həyata keçirilir. // Report

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...