Baş konsul: Azərbaycanın tolerantlıq modeli dünyanın başqa yerlərində də tətbiq olunacaq - FOTO
Azərbaycanın millətlər və dinlərarası sülh, harmoniya, qarşılıqlı anlaşma və tolerantlıq modeli dünyanın başqa yerlərində də tətbiq olunacaq.
Azərbaycanın Los-Ancelesdəki baş konsulluğundan Mynews.az-a verilən məlumata görə, bunu ABŞ-da geniş oxucu kütləsinə malik, Xarici Konsulların Federal Assosiasiyası tərəfindən nəşr olunan “Forum” jurnalının 2017-ci ilin payız buraxılışında Azərbaycanın Los-Ancelesdəki baş konsulu Nəsimi Ağayev “Azərbaycan: ümid, müxtəliflik, tolerantlıq və imkanlar diyarı” (Azerbaijan: Land of Hope, Diversity, Tolerance and Opportunity) məqaləsində deyib.
Bakının və Azərbaycanın digər gözəl diyarlarının rəngarəng şəkilləri ilə əhatə olunan məqalədə baş konsul Azərbaycanda mövcud olan multikulturalizm və tolerantlıq ənənələri haqqında geniş məlumat verərək, ölkəmizdə müsəlman, yəhudi və xristianların, insanların dinc, yanaşı və sülh şəraitində yaşadıqlarını, bu müxtəliflik və harmoniyanın ölkəmizdə çiçəklənməkdə davam etdiyini qeyd edib.
N.Ağayev Azərbaycanın zəngin mədəniyyəti və incəsənəti haqqında məlumat verərək, müsəlman dünyasında ilk opera (1908), operetta (1913) və baletin (1940) ölkəmizdə səhnəyə qoyulduğunu diqqətə çatdırıb. Milli musiqi və rəqslərimizdən danışan baş konsul onların Azərbacanın musiqi irsində xüsusi yer tutduqlarını və qədim tarixə malik olduqlarını bildirir. Diplomat Azərbaycan muğamının əsrarəngizliyindən bəhs edərək, balabanda ifa edilmiş muğamımızın dünya musiqi incilərindən biri kimi 1977-ci ildə NASA tərəfindən "Voyager" kosmik uçuş aparatına bərkidilmiş "Qızıl Val"a daxil edildiyini vurğulayır.
2017-ci ilin mayında Baş Konsulluğun təşkilatçılığı ilə Kaliforniyanın Los-Anceles və San Dieqo şəhərlərində keçirilmiş, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş, tanınmış Azərbaycan musiqiçilərinin ifasında muğamlarımızın, opera musiqimizin və milli rəqslərimizin ifasından ibarət möhtəşəm konsertlər barədə danışan N.Ağayev, bu zəngin mədəni irsin 3500-dən artıq kaliforniyalıda dərin iz buraxdığını və tamaşaçıları Kaliforniyadan Qafqaz dağlarının ətəklərinə və Xəzər dənizi sahillərindəki Odlar Yurduna alıb götürdüyünü bildirir.
Sonda baş konsul Azərbaycanın millətlər və dinlərarası sülh, harmoniya, qarşılıqlı anlaşma və tolerantlıq modelinin dünyanın başqa yerlərində də tətbiq olunacağına ümid etdiyini qeyd edib.
Siyasət
- Fransa Azərbaycandakı səfirini geri çağırıb
- İlham Əliyev 92,12 faiz səslə seçkilərdə liderdir
- "Biz haqq yolunda hər zaman bir-birimizin yanındayıq və yanında olacağıq"
- İlham Əliyev 2022-ci il dövlət büdcəsinin icrası ilə bağlı qanunu təsdiqlədi
- Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə liderinə məktub ünvanlayıb
- Türkiyədə seçki qutularının 97 faizi açılıb - Ərdoğan liderdir - YENİLƏNİR
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Rusiya Ukrayna şəhərlərini ballistik raketlərlə vurdu 971 dəfə oxunub
- Faiq Ağayev: "Damlanın dəyişimini çox bəyənirəm" 938 dəfə oxunub
- Qəbələdə dəhşət: 18 yaşlı qız tövlədə özünü asdı 929 dəfə oxunub