Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Sarkisyan Ərdoğanın Qarabağ təklifi ilə razıdır

Bunun üçün Ermənistan qanunvericiliyinə dəyişiklik edilir

Ermənistanın “Referendum haqqında” qanununa edilən dəyişiklik bir sıra erməni şərhçiləri tərəfindən Serj Sarkisyanın Qarabağı Azərbaycanın nəzarətinə qaytarmasına hazırlıq kimi dəyərləndirilib.

İstiPress-in məlumatına görə, bu barədə “1in.am” portalında məqalə ilə çıxış edən erməni şərhçi Avetis Babacanyan bildirib ki, yeni variant Dağlıq Qarabağın ölkə başçısı tərəfindən Azərbaycana qaytarılmasına heç bir maneçilik törətmir.

“Hakimiyyət hansı əraziləri güzəşt etməyə hazırlaşır” başlıqlı məqalədə o bildirir ki, referendum yalnız Azərbaycanın Ermənistana ərazi iddiası olarsa, keçirilə bilər. Şərhçinin fikrincə, Qarabağ məsələsində belə bir iddianın olmadığı üçün qanunun yeni variantı ölkə rəhbərliyinə məsələ ilə bağlı referendumsuz qərar verməyə imkan yaradır. 

Müəllifin fikrincə, xalqın məsələyə etirazı heç nəyi dəyişməyəcək. O, fikirlərini əsaslandırmaq üçün bu yay Misir rəhbərliyi tərəfindən Tiran və Sanafir adalarının Səudiyyə Ərəbistanına verilməsini göstərib. Yəni Misir xalqının etirazı heç nəyi dəyişməyib.

Dağlıq Qarabağ münaqişəsinin Madrid prinsipləri üzrə həlli Dağlıq Qarabağ münaqişəsinin Madrid prinsipləri üzrə həlli

Başqa bir erməni siyasi şərhçi, politoloq Aleksandr İskandaryan isə  “1in.am” portalına video müsahibəsində dolayısı ilə Ermənistanla Azərbaycanın aralarında Qarabağ problemi olmasına baxmayaraq Avrasiya İttifaqının üzvü ola biləcəyini vurğulayıb. O misal kimi NATO üzvü olan  Türkiyə və Yunanıstanı göstərib. Serj Sarkisyanın 15-16 noyabra nəzərə tutulan Rusiya səfəri öncəsi Qarabağ həllinin ağrılı olacağını vurğulayıb. Bu da erməni şərhçilər üçün Serj Sarkisyanın ərazi güzəşitlərinə hazır olması barədə fikir yürütməyə imkan yaradır.

Poitoloq Elxan Şahinoğlu da İstiPress-ə müsahibəsində bunu nəzəri olaraq mümkün sayıb: “Hələ ki, Serj Sarkisyan konkret fikir söyləməyib. Əsas məsələ Putinlə Ərdoğanın nə razılaşacağından asılıdır. Putin deyəndən sonra Sarkisyan mütləq razılaşacaq”,- deyə Elxan Şahinoğlu vurğulayıb.

Onun fikrincə, Rəcəb Tayyib Ərdoğan türkmən qazının Azərbaycandan tranziti və 5 rayonun qaytarılması müqabilində Qarabağa Rusiya sülhməramlıların yerləşdirilməsi, Azərbaycanın KTMT-yə və Avrasiya İttifaqına üzvlüyünə razılaşa bilər. Bu, Rusiyanı da razı sala bilər. Hər halda, türkmən qazı da Avrasiya İttifaqının ərazisindən, yəni Rusiyanın nəzarəti altında Avropaya ötürülmüş olacaq. Nəticədə, Rusiya ilə Ankaranın münasibəti bir az da yaxşılaşacaq.

Əslində, 2008-ci ilin futbol diplomatiyası tarixi də göstərir ki, Türkiyə hətta Ermənistanın 1 rayonu geri qaytarması müqabilində sərhədləri açmağa hazır idi. Amma indi aprel döyüşləri olub və bunun qiyməti 5 rayona qalxıb.            

Bəs, Azərbaycanı nə razı salacaq? Azərbaycan yenidən Rusiyanın nəzarəti altına girməyi özünə rəva görüb, 1937-ci ilə kimi mövcud olmuş SSRİ-yə bənzər Avrasiya İttifaqının qəfəsinə girməyə razı olacaqmı? İrəvanı, Zəngəzuru və digər tarixi torpaqlarımızı məhz rus boyunduruğu altında itirmədikmi? Bəlkə, oturub gözləyək və torpaqlarımızı hansısa böyük qardaşın hansısa eks-böyük qardaşla «sxodka»sı nəticəsində yox, müharibə yolu ilə, yəni əsil türk kişisi kimi almaq variantına üstünlük verək? Hər halda, müharibə variantı gələcəkdə İrəvanı və Zəngəzuru da Azərbaycanın hüquqi ərazisi etməya imkan yaradar.

 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...