Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Birinci vitse-prezidentin yeni köməkçisi təyin edildi

Azərbaycan Respublikasının birinci vitse-prezidentinin yeni köməkçisi təyin edilib.

Mynews.az-ın APA-ya istinadən məlumatına görə, Gündüz Kərimov birinci vitse-prezident Mehriban Əliyevanın köməkçisi təyin olunub.

Bununla da birinci vitse-prezidentin köməkçilərinin sayı 4 nəfərə çatıb. 

Hazırda I vitse-prezidentin Katibliyinin strukturu belədir:

Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin Katibliyinin rəisi Altay Həsənov

Birinci vitse-prezidentin Katibliyinin rəisinin müavini Mehdi Dadaşov

Birinci vitse-prezidentin Katibliyinin rəisinin müavini Fariz Rzayev

Birinci vitse-prezidentin köməkçisi Anar Ələkbərov

Birinci vitse-prezidentin köməkçisi Yusuf Məmmədəliyev

Birinci vitse-prezidentin köməkçisi Elçin Əmirbəyov

Birinci vitse-prezidentin köməkçisi Gündüz Kərimov

Qeyd edək ki, Mehriban Əliyeva prezident İlham Əliyevin bu il fevralın 21-də imzaladığı sərəncamla Azərbaycan Respublikasının I vitse-prezidenti təyin olunub.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...