Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

“Bu gün Azərbaycan Ordusu dünya miqyasında güclü ordular sırasındadır”

"Biz hərbi gücümüzü daha da artıracağıq. Buna böyük dərəcədə nail ola bilmişik”.

Mynews.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti, Ali Baş Komandan, hakim Yeni Azərbaycan Partiyasının (YAP) sədri İlham ƏliyevYAP-ın yaradılmasının 25 illiyinə həsr edilmiş yubiley mərasimində deyib.

Dövlət başçısı qeyd edib ki, beynəlxalq reytinqlərə görə, bu gün Azərbaycan Ordusu dünya miqyasında güclü ordular sırasındadır: "Bundan sonra da ordumuza nə qədər vəsait, texnika lazımdırsa, o qədər də ayrılacaqdır. Heç bir məhdudiyyət olmayacaq. Hərbi gücümüz, eyni zamanda, torpaqlarımızın azad olunmasında və ərazi bütövlüyümüzün bərpasında öz rolunu oynayacaq və oynayır. Aprel döyüşləri, torpaqlarımızın bir hissəsinin, xüsusilə, Ağdərə, Füzuli, Cəbrayıl rayonlarının bir hissəsinin işğalçılardan azad edilməsi ordumuzun gücünü bütün dünyaya göstərmişdir.

Ermənistan yenə də çalışır ki, aprel döyüşləri haqqında təhrif olunmuş versiyasını dünya ictimaiyyətinə təqdim etsin, ancaq bu, çox gülünc cəhdlərdir. Sadəcə onu demək kifayətdir ki, bu gün biz onların işğal edilmiş torpaqlarda vaxtilə qazdıqları səngərlərdə oturmuşuq və o səngərlərdən böyük bir əraziyə nəzarət edirik. Aprel döyüşləri bizim şanlı hərbi qələbəmizdir, Azərbaycan xalqının, əsgərinin gücünü göstərdi. Göstərdi ki, Azərbaycan dövləti və xalqı heç vaxt işğalla barışmayacaq, nəyin bahasına olursa-olsun öz ərazi bütövlüyünü bərpa edəcək”.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...