Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Zaxarova: Lavrov Bakıda ikitərəfli münasibətləri müzakirə edəcək

Rusiyanın xarici işlər naziri Sergey Lavrov noyabrın 20-də Azərbaycana rəsmi səfər edəcək.

Mynews.az-ın APA-nın Moskva müxbirinə istinadən verdiyi məlumata görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib. O bildirib ki, səfər çərçivəsində S. Lavrov azərbaycanlı həmkarı ilə görüşəcək: "Görüş zamanı ikitərəfli münasibətlər və beynəlxalq gündəmdə olan məsələlərlə bağlı fikir mübadiləsi aparılacaq".

M. Zaxarova Azərbaycanın Rusiyanın strateji tərəfdaşı olduğunu vurğulayıb: "Bu il biz diplomatik münasibətlərimizin qurulmasının 25 illiyini qeyd etdik. İki ölkə arasında ən yüksək səviyyədə siyasi dialoq mövcuddur".

XİN sözçüsü nazir S. Lavrovun noyabrın 20-21-də Ermənistana səfər edəcəyini də söyləyib.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...