Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Moskvada Elmar Məmmədyarovun həmsədrlərlə görüşü keçirilir - FOTO

Rusiya paytaxtı Moskvada Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla  ATƏT-in Minsk qrupunun həmsədrləri arasında görüş başlayıb.

Mynews.az xəbər verir ki, bu barədə Azərbaycan XİN-nin sözçüsü Hikmət Hacıyev özünün "Twitter" səhifəsində yazıb. 

Məlumata əsasən, görüş qapalı formada Rusiya Xarici İşlər Nazirliyinin qonaq evində keçirilir.

Görüş zamanı tərəflər Dağlıq Qarabağ münaqişəsinin həllini müzakirə edəcəklər.

Danışıqlar başa çatdıqdan sonra Rusiya XİN-nin müzakirələrin yekunlarına dair açıqlama yayacağı bildirilib. 

 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...