Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Silahlı Qüvvələr haqqında qanun layihəsi MM-in plenar iclasına tövsiyə olundu

Bu gün Milli Məclisin (MM) Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclası keçirilib.

Mynews.az Report-a istinadən xəbər verir ki, MM sədrinin birinci müavini, komitənin sədri Ziyafət Əsgərovun sədrliyi ilə keçirilən iclasda “Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” qanun layihəsi barədə müzakirələr aparılıb.

Bildirilib ki, bu qanun Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 18-ci bəndinə uyğun olaraq Azərbaycan Respublikası Silahlı Qüvvələrinin təyinatı, idarə olunması və hərbi quruculuğu məsələlərini tənzimləyir, habelə Silahlı Qüvvələrin əsas vəzifələrini və fəaliyyətinin hüquqi əsaslarını müəyyən edir. Silahlı Qüvvələrin fəaliyyətinin hüquqi əsasını Azərbaycan Respublikasının Konstitusiyası, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr, bu qanun və Silahlı Qüvvələrin fəaliyyətini tənzimləyən digər normativ hüquqi aktlar təşkil edir. Azərbaycan Ordusunun və başqa silahlı birləşmələrin fəaliyyətinin hüquqi əsasları Azərbaycan Respublikasının müvafiq qanunları ilə müəyyən edilir.

Bundan başqa, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin İntizam nizamnaməsi”ndə, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri nizamnaməsi”ndə, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili xidmət nizamnaməsi”ndə dəyişikliklər edilməsi haqqında məsələlər müzakirə olunub.

Müzakirələrdən sonra layihələr MM-in plenar iclasına tövsiyə olunub.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...