Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Səfirlik qarşısında aksiya: "Azadlıq", "İşğala son" şüarları səsləndi - FOTO

Tbilisidə Ermənistan səfirliyi qarşısında Dilqəm Əsgərov və Şahbaz Quliyevə azadlıq tələbi ilə aksiya keçirilib

 “Azərbaycanlı girovlara azadlıq!”, "Ermənistanın işğalına son!" şüarları altında keçirilən tədbirə azərbaycanlıların yerli təşkilatlarının nümayəndələri, azərbaycanlı fəal gənclər və tələbələr qatılıb.

Aksiyaya dəstək olan Rusiya vətəndaşı Svetlana Şaqayeva Rusiya prezidenti Vladimir Putini Ermənistan girovluğunda olan azərbaycanlıların azad olunmasında vasitəçilik etməyə çağırıb: "Rusiya vətəndaşının Ermənistanda 4 ilə yaxın girovluqda saxlanılması qanunsuzdur. Belə çıxır ki, Ermənistan Rusiyaya qarşıdır. Sarkisyan öz xalqının düşmənidir. Ermənistanda yalnız yaşlılar və uşaqlar qalıb, iqtisadi vəziyyət acınacaqlıdır. Ermənistan əhalisinin yarıdan çoxu Rusiyada işləyir və ailələrini saxlayırlar".

Metronun “Marcanaşvili” stansiyasindan başlayan aksiya Ermənistan səfirliyi qarşında başa çatib. Polis aksiya iştirakçılarını səfirliyin qarşısına buraxmayıb.

Aksiya dinc şəraitdə keçib.

Səfirlik qarşısında aksiya: "Azadlıq", "İşğala son" şüarları səsləndi - FOTOLAR

 
Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...