Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Novruz Məmmədov: "Azərbaycan gələcəkdə ABŞ-la parlaq əməkdaşlığa ümid edir"

Azərbaycan gələcəkdə Amerika Birləşmiş Ştatları (ABŞ) ilə parlaq əməkdaşlığa ümid edir.

Mynews.az Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi - şöbə müdiri Novruz Məmmədov "Vaşinqton Tayms" qəzetində dərc olunmuş məqaləsində deyib.

N.Məmmədov bildirib ki, Azərbaycan artıq uzun müddətdir ki, ABŞ-ın tərəfdaşıdır.

Prezident köməkçisi vurğulayıb: "Müstəqilliyimizi əldə etdiyimiz andan 26 il ərzində Azərbaycan ABŞ-la daim dostluq münasibətlərinə doğru irəliləyib".

N.Məmmədov qeyd edib ki, ikitərəfli münasibətlər qarşılıqlı hörmət və bir neçə əsas faydalı sahələrin üzərində möhkəmlənib.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...