Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

ATƏT-in baş katibi: Dağlıq Qarabağ münaqişəsini diqqətlə izləyirik

“Biz Dağlıq Qarabağ münaqişəsini diqqətlə izləyirik”.

Mynews.az APA-ya istinadən xəbər verir ki, bunu “RBK”-ya müsahibəsində ATƏT-in baş katibi Tomas Qreminger bəyan edib.

Baş katib bildirib ki, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşikin başçılığı ilə missiya təmas xəttində monitorinq aparır.

“Yaxın keçmişdə vəziyyətin gərginləşməsindən narahat idik. Mənim baş katib kimi rolum Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində səy göstərən Minsk Qrupunun həmsədrlərinin işinə dəstək verməkdir”, - deyə T.Qreminqer vurğulayıb.

Qeyd edək ki,  56 yaşlı isveçrəli  Tomas Qreminqer 2017-ci il, iyulun 18-də Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının yeni baş katibi seçilib.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...