Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Lavrov və Nalbandyan Qarabağ münaqişəsinin həlli məsələsini müzakirə ediblər

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Yerevanda Ermənistanın XİN rəhbəri Edvard Nalbandyanla danışıqlar aparıb.

Mynews.az bu barədə TASS-a istinadla xəbər verir.

Məlumata əsasən, görüş mətbuata qapalı formatda keçirilib.

Danışıqların gündəliyinə ikitərəfli əməkdaşlıq, Avrasiya İqtisadi Birliyi, KTMT və MDB xətti ilə xarici siyasət üzrə qarşılıqlı münasibətlər, BMT, ATƏT, Avropa Şurası, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) çərçivəsində mövqelərin koordinasiyası məsələləri daxil edilib.

XİN rəhbərləri regionda təhlükəsizlik, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsini müzakirə ediblər.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...