Leyla Əliyeva "Ekoloji problemlər və onların həlli yolları tələbələrin gözü ilə" sərgisinin açılışında iştirak edir
Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə noyabrın 21-də Zirə Mədəniyyət Mərkəzində "Ekoloji problemlər və onların həlli yolları tələbələrin gözü ilə" mövzusunda sərgi açılıb.
Mynews.az Trend-ə istinadən xəbər verir ki, sərginin açılış mərasimində Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva, gənclər və idman naziri Azad Rəhimov, gənclər təşkilatlarının nümayəndələri iştirak edirlər.
Prezident İlham Əliyevin 2015-ci il 26 yanvar tarixli sərəncamı ilə təsdiq edilmiş "2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası"na əsasən təşkil olunan sərginin məqsədi gənclərin ekoloji sahəyə maraqlarının artırılması, onların bu mövzuda maarifləndirilməsi, yaradıcılıq potensiallarının dəstəklənməsi və sosial təşəbbüskarlıqlarının stimullaşdırılmasıdır.
Sərgidə 14-29 yaşlı gənclərin monumental rəngkarlıq, dəzgah rəngkarlığı, ofort, linoqravyura, kvillinq, xəttatlıq, batika, keramika, rəngkarlıq, heykəltəraşlıq, ebru sənəti, qrafika, qravüra, landşaft dizaynı, vitraj, mayolika, ksiloqrafiya, silkoqrafiya, təkəlduz və s. üslublarda hazırladıqları əsərlər nümayiş olunur. Həmçinin gənc rəssamların ekoloji mövzuda çəkdikləri rəsmlər sərgilənir. Sərgi çərçivəsində gənclər üçün rəngkarlıq və xalçaçılıq sənətləri üzrə ustad dərslərinin təşkili də planlaşdırılır.
Siyasət
- Fransa Azərbaycandakı səfirini geri çağırıb
- İlham Əliyev 92,12 faiz səslə seçkilərdə liderdir
- "Biz haqq yolunda hər zaman bir-birimizin yanındayıq və yanında olacağıq"
- İlham Əliyev 2022-ci il dövlət büdcəsinin icrası ilə bağlı qanunu təsdiqlədi
- Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə liderinə məktub ünvanlayıb
- Türkiyədə seçki qutularının 97 faizi açılıb - Ərdoğan liderdir - YENİLƏNİR
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- ANS-in keçmiş aparıcısı həmcinsi ilə nişanlandı - FOTO 952 dəfə oxunub
- İmtahanda yüksək bal toplayan Mələkxanım bu tanınmış şəxsin qızı imiş 909 dəfə oxunub
- Aytən Səfərova ağır qəzaya düşdü 599 dəfə oxunub
- Nar-dan xüsusi təklif: 10%-dək endirimlə smartfon! 599 dəfə oxunub
- Fransa Azərbaycandakı səfirini geri çağırıb 596 dəfə oxunub