Cəbhədən son xəbər
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan və 60 millimetrlik minaatanlardan da (2 mərmi) istifadə etməklə, sutka ərzində atəşkəs rejimini 138 dəfə pozub.
Bu barədə Mynews.az-a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Ermənistan Respublikası Noyemberyan rayonunun Voskevan kəndində və adsız yüksəkliklərdə, İcevan rayonunun Berkaber və Paravakar kəndlərində yerləşən mövqelərdən Ağstafa rayonunun Köhnəqışlaq, Qazax rayonunun Kəmərli, Qaymaqlı, Məzəm və Qızılhacılı kəndlərində, Berd rayonunun Çinari və Ayqedzor kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam, Koxanəbi və Muncuqlu kəndlərində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Göyəli, Zamanlı kəndlərində və adsız yüksəkliklərdə yerləşən Azərbaycan ordusunun mövqeləri atəşə tutulub.
Tərtər rayonunun işğal altında olan Göyarx, Çiləbürt, Ağdam rayonunun Şıxlar, Baş Qərvənd, Cəvahirli, Qaraqaşlı, Yusifcanlı, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Aşağı Veysəlli, Qobu Dilağarda, Qərvənd, Qaraxanbəyli, Qorqan, Kürdlər, Horadiz, Cəbrayıl rayonunun Nüzgar və Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Ağdam və Xocavənd rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri atəşə tutulub.
Siyasət
- Fransa Azərbaycandakı səfirini geri çağırıb
- İlham Əliyev 92,12 faiz səslə seçkilərdə liderdir
- "Biz haqq yolunda hər zaman bir-birimizin yanındayıq və yanında olacağıq"
- İlham Əliyev 2022-ci il dövlət büdcəsinin icrası ilə bağlı qanunu təsdiqlədi
- Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə liderinə məktub ünvanlayıb
- Türkiyədə seçki qutularının 97 faizi açılıb - Ərdoğan liderdir - YENİLƏNİR
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- ANS-in keçmiş aparıcısı həmcinsi ilə nişanlandı - FOTO 947 dəfə oxunub
- İmtahanda yüksək bal toplayan Mələkxanım bu tanınmış şəxsin qızı imiş 600 dəfə oxunub
- Aytən Səfərova ağır qəzaya düşdü 590 dəfə oxunub
- Nar-dan xüsusi təklif: 10%-dək endirimlə smartfon! 590 dəfə oxunub
- Fransa Azərbaycandakı səfirini geri çağırıb 587 dəfə oxunub