Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

İlham Əliyev Poroşenko ilə görüşəcək

Azərbaycan prezidenti İlham Əliyev və Ukrayna prezidenti Pyotr Poroşenko Avropa İttifaqının “Şərq tərəfdaşlığı” proqramının Brüsseldə keçiriləcək zirvə toplantısında görüşəcəklər.

Mynews.az-ın xəbərinə görə, bu barədə “İnterfax-Azərbaycan”a diplomatik mənbələrdən məlumat verilib.

“Dövlət başçıları Azərbaycan və Ukrayna arasında ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə edəcəklər”, -  mənbə deyib.

Bundan əlavə, prezidentlər İlham Əliyevin Ukraynaya gözlənilən səfərinin vaxtı və gündəliyi ətrafında fikir mübadiləsi aparacaqlar.

“Şərq tərəfdaşlığı” sammiti noyabrın 24-də keçiriləcək.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...