WT: ABŞ Qarabağdakı separatçıları maliyyələşdirməyi dayandırmalıdır
ABŞ-ın nüfuzlu "The Washington Times" qəzeti rəsmi Vaşinqtonu Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərinə - Dağlıq Qarabağa maliyyə yardımını dayandırmağa çağırıb.
Mynews.az Report-a istinadən xəbər verir ki, bu barədə "Dağlıq Qarabağ məsələsində mənəvi orientri itirmək" ("Losing the moral compass over Nagorno-Karabakh") məqaləsində bildirilib.
Müəllifin sözlərinə görə, ABŞ-ın xarici yardımı, sadəcə, rəqəmlər deyil, həm də mesajdır. Buna misal Dağlıq Qarabağdır - Azərbaycanın beynəlxalq səviyyədə tanınan, Ermənistan tərəfindən qanunsuz işğal olunmuş ərazisidir.
Müəllif yazır ki, Donald Tramp administrasiyası Ermənistana maliyyə yardımını 70% azaltdığı təqdirdə Azərbaycana dəstək 90% azaldılıb. O, bununla Vaşinqtonun "mənəvi orientri" itirdiyini, Dağlıq Qarabağda ərazi işğalının qurbanı olan Azərbaycana yardımı real işğalçı Ermənistandan daha çox məhdudlaşdırdığını vurğulayıb.
Bundan əlavə, məqalədə ABŞ-ın dövlət büdcəsindən Dağlıq Qarabağda tanınmayan separatçı rejimə Birləşmiş Ştatlar üçün heç də böyük məbləğ olmasa da, 1,5 milyon dollar vəsait ayrılması xüsusi diqqətə çatdırılır: "Bu addımı atmaqla ABŞ dünyaya nə demək istəyir?"
Müəllif rəsmi Vaşinqtonun tanımadığı qondarma respublikaya maliyyə yardımı ayırması fonunda Azərbaycanın ərazi bütövlüyünü tanımasının sözdə yox, əməldə - məhz elə Dağlıq Qarabağa maliyyə yardımının dayandırılmasında göstərilməsinin zəruri olduğunu diqqətə çatdırıb.
Bundan əlavə, müəllif işğal altındakı Dağlıq Qarabağın həmçinin amerikalı qanunvericilərin işğal olunmuş ərazilərə səfərləri şəklində dəstək aldığını vurğulayıb və bunun ABŞ-ın Azərbaycanın ərazi bütövlüyü haqqında açıqlamalarına zidd olduğunu qeyd edib. Məqalədə bildirilir ki, Dağlıq Qarabağ maliyyə dəstəyi almağa davam edərsə, ABŞ Konqresinin üzvləri özlərini tanınmamış ərazilərə səfərlərdə iştirak etməkdə haqlı saymağa davam edəcəklər.
Müəllif həm də Rusiyanın vassalı adlandırdığı Ermənistanın nə üçün ABŞ tərəfindən dəstəklənməsinə dair sual verir. Cavab olaraq isə deyir: "Birləşmiş Ştatlar Ermənistanın qanunsuz hərəkətlərini rədd etməklə ruslara güclü mesaj göndərməlidir. Dağlıq Qarabağa maliyyə yardımının dayandırılması ABŞ-ın dünyadakı mövqeyi üzrə həlledici əhəmiyyətə malik olacaq".
Siyasət
- Fransa Azərbaycandakı səfirini geri çağırıb
- İlham Əliyev 92,12 faiz səslə seçkilərdə liderdir
- "Biz haqq yolunda hər zaman bir-birimizin yanındayıq və yanında olacağıq"
- İlham Əliyev 2022-ci il dövlət büdcəsinin icrası ilə bağlı qanunu təsdiqlədi
- Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə liderinə məktub ünvanlayıb
- Türkiyədə seçki qutularının 97 faizi açılıb - Ərdoğan liderdir - YENİLƏNİR
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Rusiya Ukrayna şəhərlərini ballistik raketlərlə vurdu 971 dəfə oxunub
- Faiq Ağayev: "Damlanın dəyişimini çox bəyənirəm" 938 dəfə oxunub
- Qəbələdə dəhşət: 18 yaşlı qız tövlədə özünü asdı 929 dəfə oxunub