Ağacan Abiyev “Şərəf” ordeni ilə təltif edildi
Prezident İlham Əliyev Ağacan Abiyevin “Şərəf” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Mynews.az xəbər verir ki, sərəncamla Azərbaycan Respublikasının ictimai-siyasi həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə Ağacan Qulam oğlu Abiyev “Şərəf” ordeni ilə təltif edilib.
Qeyd edək ki, sabah, noyabrın 24-də A.Abiyevin 80 yaşı tamam olur.
Xatırladaq ki, A.Abiyev Ailə, qadın və uşaq məsələləri komitəsinin üzvü, Milli Məclisin İntizam Komissiyasının sədridir. Eyni zamanda, beynəlxalq dərəcəli hakimdir. O, uşaq vaxtlarından boksla məşğul olub. 1957-ci ildən “Neftçi” İdman Cəmiyyətində məşqçi işləməyə başlayıb. Deputat iştirak etdiyi yarışlarda 6 dəfə Azərbaycan çempionu adını qazanıb və SSRİ-nin fəxri idman ustası dərəcəsinə qədər yüksəlib. Ağacan Abiyev Avropa Beynəlxalq Boks Federasiyasının vitse-prezidenti, Dünya Boks Federasiyası İcraiyyə komitəsinin üzvüdür.
Siyasət
- Fransa Azərbaycandakı səfirini geri çağırıb
- İlham Əliyev 92,12 faiz səslə seçkilərdə liderdir
- "Biz haqq yolunda hər zaman bir-birimizin yanındayıq və yanında olacağıq"
- İlham Əliyev 2022-ci il dövlət büdcəsinin icrası ilə bağlı qanunu təsdiqlədi
- Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə liderinə məktub ünvanlayıb
- Türkiyədə seçki qutularının 97 faizi açılıb - Ərdoğan liderdir - YENİLƏNİR
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Rusiya Ukrayna şəhərlərini ballistik raketlərlə vurdu 1018 dəfə oxunub
- Faiq Ağayev: "Damlanın dəyişimini çox bəyənirəm" 975 dəfə oxunub
- Qəbələdə dəhşət: 18 yaşlı qız tövlədə özünü asdı 964 dəfə oxunub