Azərbaycan hərbçisinin meyitinin qaytarılması ilə bağlı mühüm xəbər
Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) Azərbaycan hərbçisinin meyitinin qaytarılmasına yardım etməyə hazır olduğunu bəyan edib.
BQXK-nın Azərbaycan nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova APA-ya bildirib ki, təmsil etdiyi qurum öz mandatına uyğun olaraq neytral vasitəçi kimi Azərbaycan və Ermənistan hakimiyyət orqanlarının razılığı ilə azərbaycanlı hərbçinin meyitinin qaytarılmasına yardım etməyə hazırdır.
Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumata görə, hərbi cinayət törətdikdən sonra xidmət yerini özbaşına tərk edən, Sədərək rayonundan həqiqi hərbi xidmətə çağırılmış əsgər Cəlilbəyli Bəhruz Pərviz oğlunun meyitinin Ermənistan-Azərbaycan dövlət sərhədinin Naxçıvan Muxtar Respublikasının Ordubad rayonu istiqamətindəki qoşunların təmas xəttində, Ermənistan silahlı qüvvələrinin mövqeləri yaxınlığında olduğu müəyyən edilib.
Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası meyitin qaytarılması üçün beynəlxalq təşkilatlara müraciət edib
Siyasət
- Fransa Azərbaycandakı səfirini geri çağırıb
- İlham Əliyev 92,12 faiz səslə seçkilərdə liderdir
- "Biz haqq yolunda hər zaman bir-birimizin yanındayıq və yanında olacağıq"
- İlham Əliyev 2022-ci il dövlət büdcəsinin icrası ilə bağlı qanunu təsdiqlədi
- Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə liderinə məktub ünvanlayıb
- Türkiyədə seçki qutularının 97 faizi açılıb - Ərdoğan liderdir - YENİLƏNİR
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Rusiya Ukrayna şəhərlərini ballistik raketlərlə vurdu 1013 dəfə oxunub
- Faiq Ağayev: "Damlanın dəyişimini çox bəyənirəm" 971 dəfə oxunub
- Qəbələdə dəhşət: 18 yaşlı qız tövlədə özünü asdı 960 dəfə oxunub