Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Sülh danışıqlarından İMTİNA, Azərbaycan VARİANTI… - GÜNÜN SİYASİ XÜLASƏSİ

Kreml ÜAK-ın əvəzinə yeni təşkilatın yaradılmasına icazə verib. Rusiya prezidenti Azərbaycandakı səfirini geri çağırıb. HDP-nin sabiq rəhbəri Səlahəddin Dəmirdaş azadlığa çıxıb. Suriya hökumətinin nümayəndələri Cenevrədəki danışıqlara getməkdən imtina edib. Moskva Şimali Koreya problemi üzrə “Yol xəritəsi” hazırlayıb.

Rusiya Federasiyasında bu yaxınlarda ləğv edilmiş Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) yerinə yeni struktur yaradılır. Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) prezidenti, akademik Fazil Qurbanovun sözlərinə görə, yeni təşkilatın yaradılması barədə qərar artıq qəbul edilib.

Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin geri çağırılıb. Rusiya prezidenti Vladimir Putin V.Doroxinin vəzifəsindən azad olunması ilə bağlı fərman imzalayıb.

Qeyd edək ki, V.Doroxin 2009-cu ilin fevralında Azərbaycana səfir təyin olunub.

Onu Georgi Zuyevin əvəz edəcəyi gözlənilir. Məlumata görə, Zuyevin namizədliyi artıq Rusiya Dumasının MDB Məsələləri üzrə Komitəsində təsdiq edilib.

Zuyev hazırda Rusiya Xarici İşlər Nazirliyinin Kadrlar Departamentinin direktorunun müavini vəzifəsini tutur.

Brüsseldə keçirilən “Şərq Tərəfdaşlığı” sammitində Ermənistanla Avropa İttifaqı arasında saziş imzalandı. Ermənistan mediası bunu Moskvanın kölgəsində yatan İrəvan üçün ciddi irəliləyiş hesab edir, reallıqda isə bu, birbaşa Sarkisyanın Kremlə baş qaldırmasıdır.

Ermənistanda Sarkisyana yaxın medianın “böyük qələbə” olaraq təqdim etdiyi bu saziş indiki məqamda heç bir nəticəyə malik deyil. Xüsusilə bu sazişin Ermənistana ciddi iqtisadi dividendlər gətirməyəcəyi gözlənilir.

İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif sabah Ermənistana gedəcək.Bu barədə informasiyanı “Azadlıq radiosu”nun Ermənistan bölməsi yayıb. Zərif İrəvanda Ermənistan prezidenti, baş naziri və xarici işlər naziri ilə görüşəcək.

“ABŞ tərəfindən PYD-yə verilən silahlar toplanmalıdır”. Bunu Türkiyə və ABŞ prezidentləri arasındakı son telefon söhbətini şərh edən Türkiyənin baş nazirinin müavini və hökumət sözçüsü Bəkir Bozdağ deyib.

Xatırladaq ki, noyabrın 24-də ABŞ prezidenti Donald Tramp və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon söhbəti olub. Telefon söhbətində Suriya da daxil olmaqla, Yaxın Şərqdəki vəziyyət və ikitərəfli münasibətlər, həmçinin ABŞ-ın YPG-yə (PKK terror təşkilatının Suriya qanadı olan PYD-nin silahlı gücü - red.) silah dəstəyi müzakirə edilib.

Telefon söhbətindən sonra açıqlama verən Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib ki, Tramp YPG-yə artıq silah verilməməsi barədə təlimat verib.

Qeyd edək ki, Türkiyə PYD-ni terror təşkilatı kimi tanıyır. ABŞ-ın bu təşkilata hərbi dəstəyi Ankara-Vaşinqton arasında gərginliyin zaman-zaman yüksəlməsinə səbəb olub.

Rza Zərrab davası Türkiyəyə qarşı təşkil edilən sui-qəsddir. Bunu 24 TV-yə müsahibəsində Türkiyə Baş nazirinin müavini Bəkir Bozdağ söyləyib.

“Rza Zərrab işinin Türkiyəyə qarşı sui-qəsd olduğu tam aydındır. Bu işdə heç bir sübut yoxdur. FETÖ terror təşkilatı ABŞ-la əməkdaşlıq edir və onların hədəfi Türkiyədir”, – deyə o bildirib.

Qeyd edək ki, əslən azərbaycanlı olan Rza Zərrab ABŞ-da həbsdədir. O, İrana qarşı embarqonun pozulmasında, korrupsiyada və çirkli pulların yuyulmasında ittiham edilir.

İyulun 15-də Türkiyədə hərbi çevrilişə cəhd etmiş FETÖ-nun “kassası” kimi tanınan iş adamı Məmduh Çıxmaz Türkiyəyə gətirilib. FETÖ-nun pul dövriyyəsində mühüm rol oynayan Çıxmazın MİT-in keçirdiyi əməliyyatla Sudandan gətirildiyi bildirilib.

Türkiyədə HDP-nin sabiq rəhbəri Səlahəddin Dəmirdaş azadlığa çıxıb. Məhkəmə onun barəsində bəraət qərarı verib.

Dəmirdaş 2015-ci il iyulun 7-də Sancaqtəpədə mitinqdə çıxışına görə 3 il həbs cəzasına məhkum edilmişdi. Ona “xalqı kin və düşmənçiliyə təhrik etmə” maddəsi ilə ittiham irəli sürülmüşdü.

2017-ci ildə London Sülh və İqtisadiyyat İnstitutunun məlumatına görə, Gürcüstanda terror hücumlarının təşkili ilə bağlı ehtimal çox azdır. İnstitutun reytinqində Gürcüstan yalnız 77-ci yeri tutub. Azərbaycanın qonşusu, bu baxımdan, postsovet məkanının başqa dövlətləri ilə müqayisədə daha təhlükəsiz hesab olunur. Müqayisə üçün deyək ki, Ukrayna 17, Rusiya 33, Qazaxıstan isə 67-ci yerdədədir.

Bununla belə, təhlükəsiz Gürcüstan ötən həftə əsl şok keçirdi.

Suriya hökumətinin nümayəndələri Cenevrədəki danışıqlara getməkdən imtina edib. Bununla bağlı “Əl Vətən” nəşri Cenevrədəki diplomatik mənbəyə istinadla məlumat yayıb.

Bildirilib ki, prezident Bəşər Əsədin nümayəndələri son anda Cenevrədə təşkil olunan Suriya danışıqlarına qatılmayacaqlarını deyiblər.

Rusiya Koreya Xalq Demokratik Respublikası (KXDR) nüvə probleminin nizama salınmasının mərhələli planını təqdim edib. Bunu Rusiya Federasiyasının xarici işlər nazirinin müavini İqor Morqulov Seulda keçirilən “Valday” diskusiya klubunun sessiyasında deyib.

O bildirib ki, Rusiya ABŞ və KXDR-ı birbaşa hərbi münaqişənin qarşısını almaq üçün dialoqa çağırır. Onun sözlərinə görə, Moskva bunun üçün Pekinin dəstəyi ilə Şimali Koreyanın nüvə probleminin nizama salınmasının mərhələli planını təklif edir.

Ukraynanın şərqində yaradılan “Donetsk Xalq Respublikası” (“DXR”) Qorlovka rayonunun iki kəndinin Ukrayna Silahlı qüvvələri tərəfindən tutulmasına simmetrik cavab verəcək. Bu haqda atəşkəs rejiminin koordinasiyası üzrə “DXR”-in nümayəndəsi Ruslan Yakubov jurnalistlərinə bildirib.

Onun sözlərinə görə, “respublika” öz silahlı qüvvələrini təkmilləşdirməklə məşğuldur.

Pakistanın ədliyyə və qanunvericilik naziri Zahid Həmid paytaxt İslamabadda dini fəalların etirazları fonunda istefa verib. Yerli “Express Tribune” nəşrinin məlumatına görə, Zahid Həmid istefa ərizəsində bildirib ki, qərar ölkənin yaranmış kritik vəziyyətdən çıxarılması üçün qəbul edilib.

Şəxsi mənbələrə istinadən “Geo TV” telekanalı xəbər verir ki, dini fəallar ədliyyə nazirinin istefasından sonra etiraz aksiyasını dayandırmaq barədə razılaşıblar.

Türkiyənin “Yeni Şəfəq” nəşri isə Pakistandakı etiraz aksiyaları ilə bağlı maraqlı bir iddia səsləndirib.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...