BMT təmsilçiləri ilə Dilqəm Əsgərov və Şahbaz Quliyevin məsələsi müzakirə olunub
Xarici işlər nazirinin müavini Xələf Xələfov ölkəmizdə səfərdə olan BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarının Ofisinin Sahə Missiyaları və Texniki Əməkdaşlıq Departamentinin rəhbəri Jorjet Qanyonun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
XİN-dən Mynews.az-a bildirilib ki, X. Xələfov Azərbaycan Respublikası Hökuməti ilə BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı arasındakı münasibətlərin mövcud səviyyəsindən məmnunluğunu bildirib. O, BMT-nin müxtəlif müqavilə qurumları ilə hərtərəfli və konstruktiv müzakirələrin aparıldığını və ölkəmizin BMT-nin İnsan Hüquqları Şurasının xüsusi prosedurlar üzrə mandat daşıyıcıları ilə əməkdaşlığın səmərəliliyini vurğulayıb.
Nazir müavini ölkəmizdə insan hüquqları və əsas azadlıqlarının təmin olunmasına dövlət tərəfindən xüsusi diqqət yetirildiyini, bu sahədə mövcud olan milli qanunvericiliyinin təkmilləşdirildiyini, məhkəmə-hüquq sistemində mütəmadi olaraq islahatların aparıldığını, QHT-nin fəaliyyəti ilə bağlı prosedurların sadələşdirildiyini, vətəndaş cəmiyyətinin möhkəmləndirildiyini və insan hüquqları sahəsində davamlı olaraq milli fəaliyyət proqramlarının qəbul edildiyini deyib.
Jorjet Qanyonun təmsil etdiyi qurumun Azərbaycan Hökuməti ilə mövcud əməkdaşlığa böyük önəm verdiyini və ölkəmizin BMT-nin Dayanıqlı inkişaf məqsədlərinin həyata keçirilməsi istiqamətində atdığı addımların təqdirəlayiq olduğunu bildirib.
X. Xələfov ölkədə insan hüquqlarının bütövlükdə təmin olunmasında Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin əngəl təşkil etdiyini, Ermənistanın hərbi təcavüzü nəticəsində bir milyondan çox azərbaycanlının qaçqın və məcburi köçkün vəziyyətinə düşdüyünü və onların hüquq və azadlıqlarının kütləvi şəkildə pozulduğunu, lakin dünya ictimaiyyəti, o cümlədən beynəlxalq qurumlar tərəfindən məsələyə lazımi dərəcədə diqqət göstərilmədiyini qarşı tərəfin diqqətinə çatdırıb.
İşğalçı qüvvələrin beynəlxalq humanitar hüququ kobud şəkildə pozaraq, doğma torpaqlarını ziyarət edən məcburi köçkün Dilqəm Əsgərov və Şahbaz Quliyevin girov götürməsinin və onların azadlıqdan məhrum etməsi faktlarına birmənalı qiymətin verilməsinin vacibliyi vurğulanıb və bu barədə fikir mübadiləsi aparılıb.
Siyasət
- Fransa Azərbaycandakı səfirini geri çağırıb
- İlham Əliyev 92,12 faiz səslə seçkilərdə liderdir
- "Biz haqq yolunda hər zaman bir-birimizin yanındayıq və yanında olacağıq"
- İlham Əliyev 2022-ci il dövlət büdcəsinin icrası ilə bağlı qanunu təsdiqlədi
- Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə liderinə məktub ünvanlayıb
- Türkiyədə seçki qutularının 97 faizi açılıb - Ərdoğan liderdir - YENİLƏNİR
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Rusiya Ukrayna şəhərlərini ballistik raketlərlə vurdu 1000 dəfə oxunub
- Faiq Ağayev: "Damlanın dəyişimini çox bəyənirəm" 962 dəfə oxunub
- Qəbələdə dəhşət: 18 yaşlı qız tövlədə özünü asdı 952 dəfə oxunub