Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

"Şəhid olanlarımız, yaralananlarımız var" - Cəbhədən ACI XƏBƏR

"Ermənilərin bugünki təxribatı gözlənilən idi". 

Mynews.az xəbər verir ki, bunu salamnews-a açıqlamasında hərbi jurnalist, ehtiyatda olan polkovnik-leytenant Üzeyir Cəfərov deyib.

Üzeyir Cəfərov qeyd edib ki, ermənilər neçə vaxtdır bu təxribata hazırlaşırdılar: "Son günlər onların cəbhə xəttində aktivləşməsi də bununla bağlı idi. Əvvəllər ermənilər atəşkəsi yüngül silahlarla pozurdularsa, artıq daha ağır texnikadan istifadəyə başlayıblar. Bir neçə dəfə qeyd etmişdik ki, bunların beynəlxalq qrumlar və ATƏT qarşısında yerinə yetirilməmiş öhdəlikləri var. Sanki özlərinə öhtəlik götürüblər ki, nə olursa olsun cəbhə xəttində vəziyyəti gərginləşdirməlidirlər, qan tökülməlidir...

...Bu günə kimi beynəlxalq qurumlar və ATƏT öz fəaliyyətləri ilə ermənilərə dəstək olublar. Ermənilər də təşəkkür kimi cəbhədə vəziyyəti gərginləşdirməyə çalışırlar. Əvvəl Ağdam-Tərtər istiqamətində vəziyyəti gərginləşdirməyə cəhd etdilər. Amma təxribatları alınmadı”.

Üzeyir Cəfərov bildirib ki, təəssüf ki, bugünkü təxribat nəticəsində şəhid olanlarımız, yaralananlarımız var: "Müdafiə Nazirliyi lazımi tədbirləri görüb, tezliklə açıqlama veriləcək. Yalnız onu deyə bilərəm ki, nəticə ermənilər üçün ağır olub. Çox güman ki, ATƏT və digər beynəlxalq təşkilatlar bəyanat yayacaqlar. Özünüz də görəcəksiniz ki, bəyanatların hamısı mənasızdır. Azərbaycan heç kimə qulaq asmadan, çox rahat şəkildə erməni separatçılarını cəhənəmə göndərəcək. Onlar ağıllarını başına yığmalıdırlar. Artıq səbrimiz tükənib! Azərbaycan hər dəfə səbir etməyə çalışır. Amma hər dəfə də beynəlxalq təşkilatlar bizi aldatmağa cəhd edirlər. Erməni ağılsızlığı o həddədir ki, bizi hədələməyə də cəhd edirlər. Hesabatlarda da göstərilir ki, Azərbaycan Ermənistandan 20 dəfə çox silah əldə edib. Naxçıvandan İrəvana 45 kilometr olduğu halda bizi hədələmək, yalnız erməni xəstə təxəyülünün məhsulu ola bilər. Düşünmürlər ki, bu gün Naxçıvanda olan qoşunlarımızın imkanları Ermənistanı da darmadağın etməyə kifayət edər. Bizim ən müasir silahlarımız, Türkiyədən aldığımız "Qasırğa" kompleksi və başqa texnikamız o istiqamətdə cəmlənib. Bunu bildikləri halda ermənilər təxribatlarından əl çəkmirlər. Apreldə ermənilərin qondarma seçkiləri olacaq. Serj Sarksyan çalışır ki, hər hansı uğur əldə edib hakimiyyətini uzatsın. Azərbaycan heç vaxt ona o sevinci yaşatmayacaq. Çünki onun ən yaxın silahdaşları da ondan üz çeviriblər. Bir sözlə yaxın saatlarda erməni həyasızlığı öz layiqli cavabını alacaq”.

Üzeyir Cəfərov onu da bildirib ki, sabah Xocalı soyqırımın 25 illiyi olacaq: "Cənab prezidentimizin iştirakı ilə böyük tədbir keçiriləcək. Dünyanın gözü Azərbaycanda olacaq. Ona görə də ermənilər bu cür təxribatlarla fikirləri yayındırmağa çalışırlar. Bütün dünyanın bu qətliamdan xəbəri var. Axır-əvvəl cinayətkarlar öz cəzasını alacaq. 2-ci aprel döyüşləri artıq başlayıb. Erməni prezidenti hər dəfə gülünc çıxışlarında bildirir ki, biz itirdiyimiz ərazilərimizi geri qaytaracağıq. Amma hələ də anlamır ki, o ərazilər Azərbaycanındır. Azərbaycan hansı yolla olursa olsun öz torpaqlarını geri qaytaracaq”.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...